Xanım Zeynəbin (s.ə) yuxusu
Mьəllif: admin1
Tarix: 29-11-2022, 11:02
Xanım Zeynəbin (s.ə) yuxusu
Həzrət Peyğəmbərin (s.) vəfatına yaxın Həzrət Fatimə (s.ə) və Əmirəl-möminin (ə) hər ikisi yuxu görürlər ki, Həzrətin (s) vəfatına işarə edirdi. Ona görə də ağlayır və sızlayırdılar.

Xanım Zeynəb (s.ə) ki, kiçik uşaq idi, Həzrət Peyğəmbərin (s) yanına gəlir və deyir: “Ey böyük cəddim! Dünən gecə bir yuxu gördüm ki, qara bir külək əsdi və dünyanı qaranlığa bürüdü. Məni bir tərəfdən başqa tərəfə apardı.

Güclü bir ağac gördüm və küləyin şiddətli əsməsinə görə o ağacdan yapışdım. O külək ağacı yerindən qopartdı və yerə atdı. Sonra böyük bir budaqdan asıldım, onu da qopartdı. Başqa budaqlardan yapışdım, onu da sındırdı. Sonra ikitərəfli budağa yapışdım, onu da sındırdı. Bu halda yuxudan ayıldım”.

Həzrət Peyğəmbər (s) ağlayan halda Xanım Zeynəbə (s.ə) buyurdu: “O ağac – sənin cəddindir. İlk budaq – anan Fatimədir (s.ə). İkinci budaq – atan Əlidir (ə).

O ikitərəfli budaq – qardaşların Həsən (ə) və Hüseyndir (ə) ki, dünya onların yoxluğu ilə qaralacaqdır. Sən onların matəmində əyninə qara libas geyinəcəksən”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031