İzzət – Hüseyn (ə) tərəfdaşlarının ən mühüm sifətidir
![]() Allah Təala buyurar: “Mən – sizin əziz Allahınızam. Hər kim iki cahanın izzətini istəyər, gərək Əziz Allaha itaət etsin”. Bu hədisdən də göründüyü kimi, izzəti əldə etməyin ilk yolu – Allaha itaət, ibadətdir və Allah bəndəliyidir. İzzəti əldə etməyin ikinci yolu isə havayi-həvəslərdən çəkinməkdir. İmam Hüseynin (ə) davamçıları bu iki amilə diqqət edərək, izzət sahibi olmuşdular. Çünki həm şəxsi istək və həvəslərinin tərk etmişdilər və icazə verməmişdilər ki, dünya zinətləri onları aldatsın və həyatdakı mənəvi rahatlıqlarına qələbə çalsın. Həm də İmam Hüseynə (ə) yardım edərək, vilayət vəzifəsini yerinə yetirmişdilər ki, bunun sayəsində zillətə və xarlığa boyun əyməmişdilər. Budur, həqiqi Hüseyn (ə) davamçılarının izzəti! /Deyerler.org/ Oxşar xəbərlər
|