Ölməkdən qorxan varlı şəxs
Mьəllif: admin1
Tarix: 16-11-2021, 22:26
Ölməkdən qorxan varlı şəxs

Çox varlı bir şəxs bilir ki, qısa zamandan sonra öləcək və o ölməkdən çox qorxurmuş.

Ölməmişdən əvvəl vəsiyyət edir ki, onu basdıran günü kimsə onunla birlikdə bir gün qəbirdə yatsın və həmən şəxsə bu varlı şəxsin var-dövlətinin yarısı verilsin.

Bir kasıb onunla bir gün yata biləcəyini deyir. Həmən insanın peşəsi iplə müxtəlif işlər görmək olub.

Belə olur ki, həmən varlı şəxsin ölüm günü gəlib çatır və o vəfat edir.

Onunla birlikdə həmən kasıb şəxs gecəni qəbirdə yatır.

Gecə bunlar qəbirdə olan zaman mələklər gəlir və görürlər ki, bir şəxs ölüb digəri isə sağdır və qərar verirlər ki, əvvəl sağ qalanı sorğu-sual etsinlər, çünki ölü onsuz onlarındır.

Mələklər başlayırlar həmən yoxsul şəxsə soruşmağa ki, sənin əlindəki ip nədir? Sən bu iplə nə iş görürsən və s.

Həmən şəxsin bütün var-yoxu bu ip olduğundan başqa sualda yox idi.

Səhərisi günü varlı şəxsin qohumları bu şəxsi dəvət edib ona pulu vermək istəyəndə kasıb deyir ki, lazım deyil.

Mənim olan qalanım bir dənə ip idi bütün gecəni ona aid o qədər sual verdilərsə mənim bu qədər pulum olsa lap başım xarab olar.

Bu həm yumordur, həm də varlı şəxslərin üzərində olan məsuliyyət ilə kasıbların üzərində olan məsuliyyətin fərqli olmasını göstərən bir hekayədir.

Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031