Alimin qeybi agahlığı: “Keçən gecə səhərə yaxın feyz əldə etdim və başa düşdüm ki, öz tərəfimdən deyildir...”
![]() Oyanan zaman o şeyx haqqında düşünməyə başladım və özümdən soruşdum ki, bu insan kimdir ki, bu qədər İmam Zamana (ə.f) yaxınlığı vardır. Onu tapmaq üçün Məşhədə və paytaxta getdim. Ancaq onu görmədim. Nəhayət Quma gəldim və bu şeyxi hücrələrin birində tədris edən halda gördüm. Bu alim mənə qarşı çox mehriban idi və dedi: “Nə zaman gəlmisən?”. Sanki məni tanıyırdı və nə istədiyimi bilirdi. Bundan sonra onun yanında qaldım və feyzindən faydalandım”. Bu alim Hacı Mirzə Cavad Ağa Mələki Təbrizi idi. Alimin dostlarından biri nəql edir: “Hacı Mirzə Cavad bir gün mədrəsədə dərsi bitdikdən sonra tələbələrdən birinin hücrəsinə yollandı. Mən də onunla birlikdə idim. Bir qədər bu tələbənin yanında əyləşdi və ona ehtiramını bildirib, ayağa qalxdı. Yolda gedən zaman bu gəlişinin səbəbini ondan soruşdum. Mənə dedi: “Keçən gecə səhərə yaxın feyz əldə etdim və başa düşdüm ki, öz tərəfimdən deyildir. Diqqət edib gördüm ki, bu tələbə gecə namazında mənim üçün dua edir. Bu feyz onun duasının təsirindəndir. Ona görə də təşəkkür etmək üçün görüşünə getdim””. /Deyerler.org/ Oxşar xəbərlər
|