Həcc əməllərinin sirri nədir?
Mьəllif: admin1
Tarix: 16-06-2024, 21:33
Həcc əməllərinin sirri nədir?
İmam Səccad (ə) həcc ziyarətindən qayıdırdı.

Şəbəli adlı bir nəfər onu qarşılaşyır. İmam (ə) ondan soruşur: “Həcci yerinə yetirmisənmi?”.

Deyir: “Bəli, yerinə yetirmişəm”.

İmam (ə) buyurur: “Miqata daxil oldun və öz libasından xaric oldunmu?”.

Deyir: “Bəli”.

İmam (ə) buyurur: “O anda niyyət etdinmi ki, günah libasından xaric olub, itaət və bəndəlik libasını geyinəsən? Riya, nifaq, şübhə libasını soyunasan?

Qüsl alan zaman niyyət etdinmi ki, özünü xatalardan yuyursan və Allahın haram buyurduğu hər şeyi özünə haram edirsən?

Ləbbeyk deyən zaman niyyət etdinmi ki, Pərvərdigari-Təalanın ziyarətinə gəlmisən və bu libas, namaz, Ləbbeyk – Allah ziyarətinin müqəddiməsidir?

Səy edən zaman niyyət etdinmi ki, hər kəsdən üz döndərib, Allaha üz çevirəsən və Allahın müqəddəs dərgıhına daxil olasan?

İbrahim (ə) məqamında niyyət etdinmi ki, bundan sonra hər bir itaətə səbir edəsəksən və hər günahdan uzaq olacaqsan?

Zəmzəm quyusunun başında niyyət etdinmi ki, həmin anda itaət və bəndəliyə çatmısan və günaha göz yummusan?

Minada niyyət etdinmi ki, müsəlmanlar əl və dilinin şərindən amanda olacaqlar?

Ərəfat və Cəbəldə niyyət etdinmi ki, Allah qəlbində olan sirlərdən agahdır və sabah əməl dəftərini əlinə verəcəkdir?”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031