Ən az ömür sürən İmam (ə)
Mьəllif: admin1
Tarix: 22-01-2024, 10:21
Ən az ömür sürən İmam (ə)
İmam Cavad (ə) vilayət bağının ən tez solan gülü olmuşdur. Az ömür sürməsinə baxmayaraq, İmamdan (ə) nəql olunan hədislər və İmamın (ə) suallara verdiyi cavablar, Həzrətdən (ə) yadigar qalan dəyərli kəlamlar – İslam tarixinin səhifələrini əbədi olaraq zinətləndirəcəkdir.

Vilayət bağının bu gözəl gülü 25 il ömür sürmüş və 17 il imamlıq etmişdir. Mötəsim Abbasi İmamı (ə) Mədinədən Bağdada dəvət edir. İmam (ə) 220-ci ilin məhərrəm ayında Bağdada gəlir. Mötəsim, İmamın (ə) həyat yoldaşlarından biri olan Ümmil-fəzlin əmisi idi.

İmam (ə) Bağdada gələndə, İmamı (ə) şəhid etmək üçün plan qururlar. Tək niyyətləri bu idi ki, xilafət Abbasilərin əlində qalsın.

Ona görə də Ümmil-fəzli qızışdırıb vəsvəsə edirlər ki, sən xəlifənin qardaşı qızısan, ancaq sənin dəyərini bilmirlər və səni Həzrət Hadinin (ə) anasından (İmam Cavadın (ə) həyat yoldaşı) aşağı həddə tuturlar.

Ümmil-fəzl də həsəd aparır və həyat yoldaşı olan Məsum İmamı (ə)öldürmək qərarına gəlir.

Məmunun oğlu üzümə zəhər qatır və onu İmamın (ə) evinə göndərir ki, Ümmil-fəzl onu ərinə yedizdirsin. Ümmil-fəzl də üzümü gətirir və İmamın (ə) qarşısına qoyur ki, İmam (ə) ondan yesin.

İmam (ə) da üzümdən bir qədər götürüb yeyir və çox keçmir ki, zəhər öz işini görür. İmam (ə) şiddətli ağrı hiss edir. Ümmil-fəzl ərinin bu halını görüb, peşman olur və ağlayır. Ancaq peşmançılıq fayda vermir.

İmam (ə) buyurur: "Niyə ağlayırsan? İndi ki, məni öldürürsən, ağlamağın faydası yoxdur. Bil ki, Allah bu bir neçə günlük həyatını dərdə düçar edəcəkdir. Elə bir günə düşəcəksən ki, ondan nicat tapa bilməyəcəksən”.

Bu nurani İmam (ə) anası Zəhra (s.ə) kimi qısa ömür sürür və gəncliyinin baharında dünyasını dəyişir. İmamı (ə) Kazimeyndə, babası Həzrət İmam Musa Kazimin (ə) yanında dəfn edirlər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031