Oruc tutmaq niyə vacib olmuşdur?
Mьəllif: admin1
Tarix: 21-03-2024, 14:32
Oruc tutmaq niyə vacib olmuşdur?
Qurani-Kərim Ramazan ayı barəsində buyurur: "Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”. ("Bəqərə” 183).

Bəs oruc tutmaq niyə vacib olmuşdur?

İmam Rza (ə) bu suala belə cavab vermişdir: "Ona görə ki, aclıq və susuzluğu tanıyasınız, axirətdəki yoxsulluğunuzu dərk edəsiniz.

Ona görə ki, oruc tutan (İlahi dərgah qarşısında) müti, təvazökar və xar olsun. Ehtiyaclılıq göstərsin və savab aparsın.

Aclıq və susuzluğun ona çatan çətilniklərinə səbir etsin ki, savaba layiq olsun.

Bundan başqa, orucda başqa şeylər vardır, o cümlədən: şəhvəti sındırmaq, havayi-nəfsi kontrol etmək, onun üsyanının qarşısını almaq.

Həmçinin onun üçün dünyada öyüd və ibrətə səbəb olsun. Başqa aləmin çətinlik və şiddətlərinə yol göstərən olsun.

Orucun sayəsində dünyadakı yoxsul və məhrumların aclıq və susuzluq çətinlik və təzyiqinin şiddətini hiss etsin və tanısın. O şeyi ki, Allah malından yoxsullar üçün vacib etmişdir – əda etsin”.

Ramazan ayı - həm də mübarək bir müsabiqə meydanıdır.

İmam Həsən Müctəba (ə) buyurur: "Allah Ramazan ayını xəlqinin müsabiqə meydanı qərar vermişdir ki, Onu razı salmaq üçün itaətləri ilə bir-birini qabaqlasınlar”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930