Möminin Kamal məqamının göstəricisi olan 3 xislət
Mьəllif: admin1
Tarix: 14-05-2023, 10:13
Möminin Kamal məqamının göstəricisi olan 3 xislət
Mömin Allaha bəndəçilikdə inkişaf edərək, kamala çatır. Kamal kamillik deməkdir. Amma bu kamal məqamının məhdud olması anlamında da deyil.

O daha da inkişaf edə bilər. Xacə Abdullah Ənsari Mənazilus-Sairin əsərində Kamal məqamını bəndə üçün yüzüncü irfani mənzil və məqam kimi dəyərləndirib.

Nəzərə alsaq ki, bəndənin əsas məqsədi Allah qovuşmaqdır və digər tərəfdən Allah da sifətlərində və zatında naməhduddur, deməli kamillik məqamı da yüzüncü mərhələdə dayanmaz və inkişaf etməyə potensialı olar.

Alimlərin sözlərindən belə anlaşılır ki, Kamal məqamı dünya əhlinin (günahlara görə) böyük əksəriyyəti üçün əlçatmaz olduğu halda, onun (kamal məqamının) bütün mərhələlərinin keçilməsi də yalnız Peyğəmbər və imamlara nəsib olub.

Bir sözlə Kamal iki anlamda anlaşıla bilər. Belə ki bəndə vacibləri yerinə yetirir, haramlardan uzaqlaşır. Belə bir insan kamil bəndəçiliyə çatır.

Amma bəzi möminlər bununla kifayətlənə bilmir, riza, təslim, təfviz, liqa məqamlarına çatır daha sonra isə fəna-fillaha düşür və beləcə onlar kamal yolunda hey inkişaf edirlər.

İmam Baqir (ə) kamalın birinci anlamı barədə və onun göstəriciləri haqda buyurub: "Kamalın (kamil bəndəçiliyin) tam olması, dində təfəqqüh etmək, onu dərindən bilmək, hadisələr qarşısında səbirli olmaq və məişət həyatını düzgün tənzimləməkdir".



Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031