Peyğəmbər (s) kimi yaşamaq istəyənlər oxusunlar!
Mьəllif: admin1
Tarix: 15-09-2020, 12:28
Peyğəmbər (s) kimi yaşamaq istəyənlər oxusunlar!
Səhabə Zeyd ibni Ərqəm deyir: Allahın Elçisi (s) buyurdu:

"Mənim kimi yaşamaq və ölmək istəyən hər kəs və həmçinin mənə vəd edilən əbədi cənnətdə məskunlaşmaq istəyən hər kəs Əli ibni Əbu-Talibin ardıcılı olsun! Çünki o heç vaxt sizi düz yoldan çıxarmaz və sizi azğınlığa aparmaz."

Hakim Nişaburi bu hədisi Müstədrək ələs-Səhihəyn əsərində (cild-3, səh-128,) gətirir və əlavə edir: Bu sənədi düz olan hədisdir ki Müslimlə Buxari onu nəql etməyib.

Bu hədisi Təbərani əl-Kəbir əsərində, Əbu-Nueym əl-İsfahani Fəzailus-Səhabə əsərində gətiriblər.

Hədis Kənzul-Ummalda (hədis:2578) və İmam Əhməd Hənbəlin əl-Müsnəd əsərində (cild-5, səh-32) də gəlibdir.

Qeyd: Hədisdə ardıcıllıq kəlməsi keçib. Bu yalnız adrıcıl (şiə) adını qazanmaqla deyil, ardıcıllığı əməldə və rəftarda göstərən işləri həyata keçirməklə baş tutur.

Yəni dildə mən Əli şiəsiyəm deyərək, heç kim dünya və axirət səadətini təmin edə bilməz və insanı qurtaran da yalnız ixlaslı əməldir.

(İslaminSesi)
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031