Ayətullah Amili at nalının həqiqəti haqqında
Mьəllif: admin1
Tarix: 27-04-2024, 10:22
Ayətullah Amili at nalının həqiqəti haqqında
Həzrət Ayətullah Amili at nalının həqiqəti haqqında deyir:

Qədim zamanlarda camaat ev, mağaza və hamamlarının qarşısına at nalı asırdı və onun tarixi haqqında səhv məlumat üzündən at nalının uğur gətirəcəyinə inanırdılar.

Onun nəhs tarixi belədir ki, İmam Hüseyn (ə) şəhid olduqdan sonra Ömər ibn Sədin əmri ilə atlarının ayaqlarını təzə nallamış bir dəstə atlı iftixar qazanmaq üçün şəhidlərin pak bədənləri üzərində at çapdılar. Beləliklə, şəhidlərin sinə və kürək sümükləri atların ayaqları altında əzildi.

Bu qrup Kufəyə qayıtdıqdan sonra bəziləri onların atlarının nallarından öpüb, gözlərinin üstünə qoydu və təbərrük məqsədilə evlərinin üstündən asdılar (və beləliklə bu məsələ camaat arasında yayıldı və onun tarixini bilməyən insanlar da uğur əlaməti kimi onu evlərinin qarşısından asmağa başladı).

Sonralar Əbu Reyhan Biruni kimi böyük şəxsiyyətlər bu ağılsız hərəkətin tarixini açıqladı və camaatı məlumatlandırdı. Təəssüflər olsun ki, əlli il bundan öncəyə qədər bu iş camaat arasında yayılmışdı.

Halbuki, camaatın uğur və təbərrük əlaməti saydığı bu hərəkət, məhz nəhs və çirkin bir əməl idi. Məscidlərin, hüseyniyyələrin rövnəqlənməsi və alimlərin təlaşları nəticəsində bu xürafat aradan qalxdı.

Peyğəmbər (s) buyurub: "İslam ümməti arasında bidətlər yayıldıqda alimlər elm silahından istifadə etməklə onunla (bidətlərlə) mübarizəyə qalxsın. Belə etməsə, Allah, mələklər və bütün insanlar onu lənətləyər”. ("Biharul-ənvar”, c. 54, səh. 234)

Qaynaq: Ayətullah Cavad Amilinin dərsindən

Hazırladı: Seyid Zahir

Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031