Allah Rəsulunun (s) himayədarı Həzrəti Əbu Talib
Mьəllif: admin1
Tarix: 7-02-2024, 10:41
Allah Rəsulunun (s) himayədarı Həzrəti Əbu Talib
Həzrət Əbu Talıb Həzrəti Əlinin (ə) atası, Allah Rəsulunun (s) əmisi idi. O cənabın adı İmran, atasının adı Əbdul-Muttəlibdir.

Əbu Talib (ə) besətin ikinci ilində rəcəb ayının 26-da yetmiş bir yaşında dünyasını dəyişib. Çətin günlərdə daima Peyğəmbərə (s) arxa olan, xüsusən də Peyğəmbərliyin ən cətin illərində müsəlmanlara dayaq olan o böyük şəxsiyyətin vəfatı həm müsəlmanlar, həmdə Allah Rəsulu (s) üçün ağır itki oldu.

Təəssüf ki, Həzrəti Əli (ə) kimi bir şəxsin atası haqqında, onun iman gətirməməsi, islamı qəbul etməməsi haqda fikir söyləyənlərdə mövcuddur.

Amma mərhum Əllamə Məclisi buyurur: "İmamiyyə alimləri yekdilliklə bu fikirdədirlər ki, O həzrət islama və Peyğəmbərə (s) imanı olmuş, hec vaxt hec bir bütə pərəstiş etməmişdir. O (ə) Həzrəti İbrahim (ə) Peyğəmbərin ardıcıllarından olmuşdur".

İbni Əsir Cəzri Şafei deyir: Əhli-beyt (ə) alimləri ümumilikdə Əbu Talibin (ə) iman gətirməsinə icma ediblər. Onların icması höccətdir ( dəlil və sübutdur).

Həqiqətən o dövrün tarixi hadisələrini mütaliə edib gözdən keçirdikdə, Həzrəti Peyğəmbəri (s) uşaqlıq cağından besətə qədər olan dövrdə, besətdən sonrakı illərdə xüsusən də, yeni iman gətirmiş müsəlmanlarla ticarətin və köməyin qadağan edildiyi bir vaxta Əbu Talibin (ə) himayəsini görürük.

Həzrəti Peyğəmbərimizin (s) Əbu Talibi (ə) dəfn edərkən etdiyi dua dediklərimizi bir daha təsdiqləyir.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031