Həzrət Zəhranın (s.ə) nəzərində qadının zinəti
Mьəllif: admin1
Tarix: 20-11-2024, 12:02
Həzrət Zəhranın (s.ə) nəzərində qadının zinəti
Həzrət Zəhranın (s.ə) nəzərinə görə, qadının zinəti – naməhrəmin gözündən uzaqda olmasıdır. Bu, o demək deyildir ki, qadın ictimai mənfəətlərdən məhrum olmalıdır. O deməkdir ki, qadın iffətini qorumağı bacarmalıdır.

Qadınla kişinin bir-birindən ayrı mühitdə olması – Quranın və Həzrət Peyğəmbərin (s) göstərişlərindəndir. Cəmiyyətin sağlam olmasına xidmət edir.

Həzrət Peyğəmbər (s) bu göstərişi həyata keçirtmək üçün bir çox işlər görmüşdü. Bir gün Həzrət (s) tərəfdaşlarına işarə edərək, Nəbi məscidinin qapısını göstərdi və buyurdu: “Əgər bu qapını xanımlar üçün qərar versək, daha yaxşı olar. Onlar məsciddən çıxan zaman çətinliklə üzləşməzlər”.

Həzrət (s) müsəlmanlara göstəriş vermişdi ki, axşam namazlarını qılandan sonra məsciddən birinci qadınlar çıxsınlar, sonra kişilər. Həzrət (s) bu əməli ilə onların Mədinə küçələrində də belə, qarışlaşmaq ehtimalını azaldırdı.

İmam Sadiq (ə) buyurur ki, Peyğəmbər (s) əmr vermişdi: “Qadınlara layiqli deyildir ki, küçənin ortasından getsinlər. Onlar gərək divarın kənarından getsinlər”.

İmam Sadiq (ə) buyurur: “O zaman ki, bu ayə nazil olur: “Ey peyğəmbər, möminə qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri, öz qarnı ilə ayaqları arasından çıxan uşağı (başqasının uşağını, yaxud öz haramzada uşağını) iftirayla ərlərinə aid etməyəcəklərini və sənə heç bir yaxşı işdə (vacib əmrdə) itaətsizlik göstərməmək barədə beyət etmək üçün yanına gəldikləri zaman onlarla beyət et (beyətlərini qəbul et)”. (”Mumtəhənə” 12).

Peyğəmbər (s) Səfa dağında idi və əmr edir ki, təşti su ilə doldursunlar. Sonra Həzrət əlini ora salıb çıxardır və qadınlar beyət niyyətilə bir-bir gəlir, əllərini həmin suya salırdılar”.

Bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, cəmiyyətdə yaranan çox sayda fitnə və fəsadın kökü – məhz məhrəm və naməhrəm sərhədlərinin qorunmamasıdır. Ona görə də bu məsələyə ciddi diqqət etmək lazımdır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031