Mömin ilə qeyri-möminin qəlblərinin 5 fərqi
Mьəllif: admin1
Tarix: 13-04-2024, 10:30
Mömin ilə qeyri-möminin qəlblərinin 5 fərqi

İman – günəşə bənzəyir və insanın bütün varlığını isidir və nurlandırır. Qəlb, imanın mərkəzidir. İmandan hasil olan nur sayəsində ölmüş qəlblər dirilər və paklanar, inkişaf edər.

Qəlbin insan həyatına təsiri çoxdur, əgər sağlam olarsa, insanın fikir və rəftarları da sağlam olar. Yox, əgər xəstə olarsa, insana pislik və günahdan savayı bir şey verməz.

1. Möminin qəlbi sağlamdır. «Yalnız (fəsadlı əqidələrdən və əxlaqdan) salamat(sağlam) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!». (“Şuəra” 89).

Qeyri-möminin qəlbi xəstədir. “Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi) vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır”. (“Bəqərə” 10).

2. Möminin qəlbi təqvalıdır. “Allah iman gətirənlərin dostu və başçısıdır. Onları (nadanlıq, küfr və itaətsizliklik) qaranlıqlar(ın)dan (elm, iman və təqva) nur(un)a tərəf çıxarır”. (“Bəqərə” 257).

Mömin olmayanların qəlbi azgındır. “Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları (hidayət) nur(un)dan (azğınlıq) zülmətlər(in)ə tərəf çıxarırlar. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar”. (“Bəqərə” 257).

3. Möminin qəlbi mehribandır. “Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır”. (“Məryəm” 96).

Qeyri-möminin qəlbi sərtdir. “Beləliklə öz əhd-peymanlarını pozduqlarına görə onlara lənət etdik (surət, qəlb və təbiətlərini eybəcərliyə və hökümətlərini süquta məhkum etdik) və qəlblərini sərtləşdirdik”. (“Maidə” 13).

4. Möminin qəlbi aram və rahatdır. “O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28).

Qeyri-möminin qəlbi iztirabdadır. “Bəs sizə nə olub ki, münafiqlər barəsində iki dəstə olmusunuz (bir dəstəniz onlara tərəfdar, digər bir dəstə isə müxalif olub), halbuki Allah onları etdiklərinə görə küfr və azğınlıq halına salmış və qəlblərini alt-üst etmişdir!”. (“Nisa” 88).

5. Möminin qəlbi təvazökar və itaətkardır. “Məgər iman gətirmiş kəslərin qəlblərinin Allahı yada salmaq və haqdan nazil olan şey üçün təvazökar, müti olmasının və onların özlərindən qabaq (səmavi) kitab verilmiş, beləliklə (ömür) müddətləri uzadılmış, qəlbləri sərtləşmiş və çoxu itaətsiz olan kəslər kimi olmamalarının vaxtı çatmayıb?!”. (“Hədid” 16).

Qeyri-möminin qəlbi təkəbbürlüdür. “(İbadət etməkdən) imtina edən və təkəbbür göstərən kəsləri isə ağrılı bir əzabla cəzalandıracaqdır və onlar (orada) özlərinə Allahdan başqa bir başçı və yardımçı tapmayacaqlar”. (“Nisa” 173).

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031