Həzrət Zəhra (s.ə) aşiqlərinin Qiyamət günü vəziyyəti
Mьəllif: Ahlibeyt
Tarix: 20-11-2024, 11:58
Həzrət Zəhra (s.ə) aşiqlərinin Qiyamət günü vəziyyəti
Cabir ibni Abdullah Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “O zaman ki, Qiyamət günü gəlib çatar, qızım Fatimə (s.ə) behişt dəvələrindən birinə minər və məhşərə daxil olar. Həmin dəvənin yüyəni parlayan mirvaridən, dörd ayaqları yaşıl zümrüddən, gözləri qırmızı yaqutdandır.

Üzərində nurdan olan xeymə vardır ki, bayırı içəridən və içərisi də bayırdan görünməkdədir. O, xeymənin daxili İlahi əfvin nuru, xarici isə İlahi rəhmətin şüasıdır.

Üstündə dürr və yaqutdan 70 dayağı olan nurdan tac vardır ki, parlayan ulduz kimi səma üfüqündə nur saçar.

O, miniyin sağ tərəfində 70 min mələk və sol tərəfində 70 min mələk və Cəbrayil (ə) dəvənin yüyənini tutan halda car çəkərlər:

“Nəzərlərinizi aşağı salın, bu, Muhəmmədin (s) qızı Fatimədir (s.ə) ki, keçir”.

İlahi ərşin qarşısında qərar tutar, bu zaman Allah Təala tərəfindən nida gələr: “Ey, Mənim məhbubum! Ey, Mənim Həbibimin qızı! Məndən nə arzu edirsənsə, istə!”.

Xanım (s.ə) cavab verər: “Ey, mənim Allahım! Ey mənim Mövlam! Mənim nəslimi, mənim davamçılarımı, mənim nəslimi sevənləri dərk et”.

Allah tərəfindən xitab gəlir: “Fatimənin (s.ə) nəsli və davamçıları haradadır? Onu sevənlər və nəslini sevənlər haradadır?”.

Bu zaman bir dəstə camaat irəli gələr və mələklər onları hər tərəfdən əhatə edər. Fatimə (s.ə) onların qarşısında getdiyi halda, hamısı birlikdə behiştə daxil olarlar”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031