Ən aqil və ən nadan insan İmam Əlinin (ə) hədisində
Mьəllif: admin1
Tarix: 15-05-2024, 10:37
Ən aqil və ən nadan insan İmam Əlinin (ə) hədisində
Aqil və nadan insanları bir-birindən ayıran əsas xislətlər və məziyyətlər var.

Aqil və nadanlıq sırf savadla, elmlə və ya onların əksi ilə ölçülmür. Baxmayaraq ki elm də aqil insanın əsas məziyyətlərindən biridir. Aşağıda qeyd ediləcək hədisə əsasən aqil insan birinci özünü kamilləşdirər və öz eybləri ilə məşğul olmaq onu digərlərinin eybini arayıb, araşdırmaqdan saxlayar.

Belə bir insan öz xislətləri və rəftarı üzərində kökləndiyi üçün tədricən kamilləşər və eybsiz olar. Cahil insan isə tam əksinə öz eybləri ola ola digərlərində onu axtarar və ya müdaxilələr etməyə və sonda problemlər yaşamağa başlayar.

Həzrət Əli (ə) buyurub: “Camaatın ən ağıllısı öz eybini görə bilən (öz eybləri ilə məşğul olan) digərinin eybinə isə kor olan insandır.” (Qurərul-Hikəm, hədis-3233)

İmam Əli (ə) ən nadan insan haqda isə bunu buyurub: “Ən axmaq insan odur ki, başqasındakı eybi pisləyər, hal bu ki o eybdən özündə də var” (Qurərul-Hikəm, hədis-3343)
Oxşar xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930