Hz.Loğmanın üç nəsihəti
Mьəllif: admin1
Tarix: 22-12-2021, 10:23
Hz.Loğmanın üç nəsihəti

Bir gün Loğman oğluna deyir: Sənə üç nəsihət vermək istəyirəm!

1. Çalış həyatın boyu dünyanın ən ləzzətli yeməklərini yeyəsən.

2. Çalış dünyanın ən rahat yataqlarında yatasan.

3. Çalış dünyanın ən yaxşı saraylarında yaşayasan.

Loğmanın oğlu atasının bu nəsihətlərdən təəccüblənərək deyir: Ata, bizim kiçik və kasıb bir ailəmiz var. Bu kasıb vaxtımızda bunlara mən necə nail ola bilərəm?

Loğman deyir: Oğlum!

1. Gec və az yemək yesən, o yemək sənin üçün dünyanın ən ləzzətli yeməyi olar.

2. Çox çalışıb gec yatsan, yatdığın hər hansı bir yer sənin üçün dünyanın ən rahat yeri olar.

3. İnsanlarla mehriban davranıb onların qəlblərində özünə yer tapa bilsən, demək dünyanın ən gözəl evlərinə, saraylarına sahibsən.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031