Bu surəni oxuyan şəkk və şübhədən qurtular
Mьəllif: admin1
Tarix: 31-12-2016, 10:41
Bu surəni oxuyan şəkk və şübhədən qurtular
“Muhəmməd (s)” surəsi Quranın 47-ci surəsidir ki, 38 ayəsi vardır. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Muhəmməd (s) surəsini oxuyar, qəbirdən xaric olan zaman hansı tərəfə baxsa, Allahın Peyğəmbərinin (s) simasını görər. Allahın öhdəsindədir ki, behişt bulağından ona içizdirsin”. (Tebyan)
İmam Əli (ə) buyurur: ““Muhəmməd (s)” surəsində bizim haqqımızda və Bəni-Üməyyə haqqında nişanələr vardır”.
İmam Sadiq (ə) buyurur: “Hər kim “Muhəmməd (s)” surəsini oxuyar, əbədi olaraq şəkk və şübhəyə düçar olmaz. Dinində şəkk etməz. Allah onu yoxsulluğa düçar etməz. Heç bir sultan və hakimdən qorxmaz. Davamlı olaraq şəkk və küfrdən ölənə qədər amanda qalar. “Muhəmməd (s)” surəsinin qarisi o zaman ki, dünyadan gedər, Allah min mələyi məmur edər ki, qəbirində namaz qılsınlar. Onların namazının savabı onun üçündür. Onu Allahın yanında amanlı yerə çatana qədər müşayiət edərlər. Davamlı olaraq Allahın və Peyğəmbərin (s) amanında olar”.
İmam Sadiq (ə) buyurur: “Hər kim “Muhəmməd (s)” surəsini yazar və boynundan asar, cinlərin şəri ondan dəf olar. Yuxuda və ayıq vaxtı təhlükəsizdir. Əgər yuxuda olan zaman bu yazını başının üstünə qoysa, Allahın izni ilə hər ani təhlükədən qorunar”.
İmam Sadiq (ə) buyurur: “Əgər “Muhəmməd (s)” surəsini yazsalar və döyüş zamanı yanında olarsa, onunla bağlı qorxu və təhlükədən amanda olar. Yaxşılıqların qapısı onun üçün açılar. Əgər Muhəmməd (s) surəsinin yazılmışını yusalar və həmin suyu içsələr, qorxunun aram olması üçün faydalıdır”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930