Elmin ibadətdən üstünlüyü
Mьəllif: admin1
Tarix: 11-07-2020, 18:53
Elmin ibadətdən üstünlüyü
Həzrət Rəsulullah (s) buyurub:

“Az elm çox ibadətdən yaxşıdır.“[1]

“Elm və bilik qarışmış yuxu, nadanlıqla qılınan namazdan yaxşıdır.”[2]

“Alimin abiddən üstünlüyü, günəşin ulduzlardan üstünlüyü kimidir. Abidin qeyri-abiddən üstünlüyü isə ayın ulduzlardan üstünlüyünə bənzər.”[3]

“Alimin bir saat yatağına dirsəklənib öz elmini və işlərini nəzərdən keçirməsi, abidin yetmiş il ibadətindən yaxşıdır.“[4]

“Alim abiddən 70 mərtəbə üstündür. Hər mərtəbə ilə digər mərtəbələr arasında at yetmiş il qaçar. Bu üstünlüyün səbəbi odur ki, şeytan insanların arasında bidət yaradar və alim bunu başa düşərək insanları ondan çəkindirər. Ancaq abidin başı öz ibadətinə qarışar və bidəti nə başa düşər, nə də ona diqqət yetirər.”[5]

“Məhəmmədin canı əlində olana and olsun ki, bir alimin olmasının hər bir anı şeytan üçün min abiddən daha ağırdır. Çünki abid öz fikrində, alim isə başqalarının fikrindədir.”[6]

İmam Baqir (ə) buyurub:

“Bir saatlıq elmi müzakirə, bir gecə ibadətdən daha yaxşıdır.”[7]

“Öz elmindən bəhrələnən alim, yetmiş min abiddən daha yaxşıdır.”[8]

Alimin üzünə baxmaq ibadətdir.

Həzrət Rəsulullah (s) buyurub: “Alimin üzünə məhəbbətli nəzərlərlə baxmaq ibadətdir.”[9]

İmam Sadiq (ə) Peyğəmbərin (s) “Alimlərin üzünə baxmaq ibadətdir” sözü barədə suala cavabında buyurmuşdur: “Məqsəd o alimdir ki, üzünə baxdıqda, axirət yadına düşsün. Bunun əksi olanın üzünə baxmaq fitnə (azğınlıq) yaradar.“[10]


[1] əl-Muhcətul-Beyza, c.1, səh.22

[2] Munyətul-Murid, səh.104

[3] Biharul-Ənvar, c.2, səh.19, hədis 49

[4] Rovzətul-Vaizin, səh.16

[5] Rovzətul-Vaizin, səh.17

[6] Kənzul-Ummal, hədis 28908

[7] əl-İxtisas, səh.245

[8] əd-Dəvat, səh. 62, hədis153

[9] Nəvadirur-Ravəndi, səh.11

[10] Tənbihul-Xəvatir, c.1, səh.84



(ahliman.info)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031