İmam Hüseynin (ə) kəlamında xilqətin sirri
İmam Hüseyn (ə) “Ərəfə” duasında xilqətin sirlərinə işarə etmiş və buyurmuşdur: “Sən, o zaman ki, mən yox idim, mənə var olmaq nemətini verdin. Məni alçaq torpaqdan yaratdın və atamın belində qərar verdin. Zamanın hadisələrindən, ruzigarın dəyişiklərindən məni qorudun. O zaman ki, anamın rəhminə keçdim, mənə qarşı mehriban oldun. Məni əhdini pozan küfr rəhbərlərinin sultan olduqları və rəsulunu inkar etdikləri dövrdə dünyaya gətirmədin. O zaman dünyaya gətirdin ki, tövhid rəhbərinin bərəkətini, xatəm Peyğəmbərini (s) əzəli elminlə təyin etmişdin. Bu hidayət əsrində məni yetişdirdin. Bundan əvvəl də mənimlə mehriban idin. Çoxlu nemətlərinlə məni nemətləndirdin o zamana qədər ki, yaradılışımı Öz iradənlə nütfə suyundan qərar verdin. Üç qaranlıq yerdə məni məskunlaşdırdın. Nə məni xilqətimin keyfiyyətindən agah etdin və nə də yaradılış işini mənə tapşırdın. O zamana qədər ki, əzəli elminin mərifət və hidayət rütbəsi ilə kamil xilqət və bəzənmiş halda dünyaya gətirdin. Beşikdə gücsüz körpə olan zaman məni hər cür təhlükədən və zərərdən qorudun. Ana südünü ruzim qərar verdin. Dayələrin qəblini mənə qarşı mehriban etdin və mehriban anaları məni cin və insin ziyanlarından qorumaq üçün vəzifələndirdin. O zaman ki, dilim danışmaq üçün açıldı, hədsiz nemətini mənə tamamladın. Hər il tərbiyətinlə daha da artdım və xilqətim kamal məqama çatdı. Cisim və canımın qüvvəsi etidal həddə gəldi. Hüccətini mənə tamamladın. Mərifətini qəlbimə ilham etdin. Hikmətinin qəribəlikləri ilə ağlımı heyran etdin. Məni ayıltdın ki, səmada və yerdə olan məxluqlarını müşahidə edəm. Mənə Səni yada salmaq və sonsuz nemətlərinə şükür etmək üçün təzəkkür verdin. İtaət və ibadəti mənə vacib buyurdun. Peyğəmbərlərinin (ə) vəhy gətirdiyi elm və həqiqətlərin dərkini mənə əta etdin. Ruhumu sirləri qəbul etmək üçün hazır etdin. Sinə genişliyini, riza və təslim məqamını əldə etməyi mənə asan etdin”. Allah Təala bizlərə bu həqiqətləri dərk etmək tofiqatı qismət etsin, inşəallah. /Deyerler.org/ Oxşar xəbərlər
|