Həzrət İbrahim (ə) İmam Hüseynin (ə) müsibəti barədə eşidəndən sonra nə dedi?
Mьəllif: admin1
Tarix: 16-08-2022, 22:35
Həzrət İbrahim (ə) İmam Hüseynin (ə) müsibəti barədə eşidəndən sonra nə dedi?
Hüccətil-İslam Muhəmməd Şəms, Həzrət İbrahimin (ə) Aşura hadisəsini eşidən zaman halının dəyişməsinə işarə etmiş və buyurmuşdur:

“Allah Quranda buyurur: “Beləliklə o, (özünün xəstələnəcəyi vaxtı ayırd etmək üçün) diqqətlə ulduzlara (onların vəziyyətinə) baxdı. Və dedi: «Həqiqətən mən xəstəlik astanasındayam» (və sizinlə şəhər kənarına bayram mərasiminə gəlməyəcəyəm)”. (“Saffat” 88-89).

Bu ayənin əgər zahirinə nəzər salsaq, çox şey əldə etmərik. Ancaq ayədə əsil baş verən hadisə budur ki, Həzrət İbrahim (ə) İlahi ərşə nəzər salır və orada böyük bir nur görür. Soruşur ki, bu nur nədir? Allah Təaladan nida gəlir ki, bu nur axəril-zaman peyğəmbəridir.

İbrahim (ə) soruşur: “Bəs bu nuru əhatə edən o dörd nur nədir?”.

Allah Təala buyurur: “Bu dörd nur – Əmirəl-möminin (ə), Həzrət Fatimə (s.ə), İmam Həsən (ə) və İmam Hüseyndir (ə)”.

İbrahim (ə) sonra gördü ki, bir neçə kiçik nur bu dörd nuru əhayətə aldı. Onların kim olduğunu soruşdu. Allah buyurdu: “Bu nurlar – İmam Hüseynin (ə) övladlarıdırlar”.

Həzrət İbrahim (ə) sonra görür ki, bu dörd nurun ətrafını çox sayda nur əhayətə aldı. Soruşdu ki, bəs bu nurlar kimlərdir?

Allah Təala buyurdu: “Onlar Əmirəl-möminin (ə) davamçılarıdırlar”. Bu zaman Həzrət İbrahim (ə) dedi: “Allahım, məni Əhli-beyt (ə) davamçılarından qərar ver!”.

Allah Təala Quranda buyurur: “Həqiqətən İbrahim (dində, kitabda və şirklə mübarizədə) onun davamçılarından idi”. (“Saffat” 83).

Sonra İbrahim (ə) tək-tək adlara nəzər saldı. İmam Hüseynin (ə) adına gəlib çatan zaman halı dəyişdi. Allahdan bunun səbəbini soruşdu.

Allah Təala Aşura hadisəsini onun üçün bəyan etdi. Elə bu zaman İbrahim (ə) dedi: «Həqiqətən mən İmam Hüseynin (ə) başına gələnlərə görə xəstəlik astanasındayam»”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031