Dindarlığın bəlaları. Möminin ən böyük sərmayəsi
Mьəllif: admin1
Tarix: 30-09-2024, 11:35
Dindarlığın bəlaları. Möminin ən böyük sərmayəsi
Dinin əsil hədəfi – insanı əbədi səadətə tərəf hidayət etməkdir. Ancaq bəzi əxlaqi rəzil sifətlər insanın dindarlıq yolunda tələ qurur.

Həsəd – dindarlığın ən böyük bəlalarından biridir. Bəzən insanın bir ömür etdiyi səyini və bəndəliyini məhv edir. İmanı qorumağın tək yolu – Allaha təzim etməkdədir.

Bunu isə İlahi göstərişlərə əməl edərək həyata keçirə bilərik.

Mömin insanın həyatının ləzzəti və şirinliyi valideynə yaxşılıq etməyin girovundadır. O zaman ki, insanın elmi biliyi artır, gərək valideyni qarşısında olan təvazökarlığı da artsın.

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman Allah ailə üçün xeyir istəyər, onları dində bilikli edər. Kiçiklər böyüklərə ehtiram edərlər. Həyatlarında mehribanlığı və ruzini xərcləməkdə mötədilliyi qərar verər. Eyiblərindən agah edər ki, onları aradan qaldırsınlar”.

Dindarlığın bəlalarından biri də qəzəbdir. Qəzəb – dəliliyin bir növüdür. İnsanın bir çox yaxşı əməlləri bir qəzəblənməsi ilə yanıb kül olur və aradan gedir.

Ona görə də mömin insan gərək özünü tərbiyə etsin və nəfsinə nəzarəti əldən verməsin. İnsanın qəzəblənən zaman əldə etdiyi nəticə insanların gözündən düşməsi və cəmiyyətdəki mövqeyini əldən verməsi olar.

Halbuki, insan özünü fəzilətli sifətlərə bürüyərək, imanını gücləndirə bilər. Belə ki, bu fəzilətli sifətlərdən biri də həyadır.

Hədislərdə oxuyuruq: “Həya və iman birlikdə bir budaqda qərar tuturlar. Ona görə də nə zaman o ikisindən biri getsə, o birisi də onun ardınca gedər”.

Həyanı aradan aparan rəzil sifət – tamahdır. Ona görə də insanın nə qədər izzəti-nəfsi yüksək olarsa, həyası daha çox qorunar.

Saleh əməl iman ağacının meyvəsidir və insanın nicat tapmaq amilidir. Saleh əməli aradan aparan rəzil sifət isə qeybətdir.

Həzrət Peyğəmbər (s) buyurur: “Qeybət etməyin müsəlmanın dinini (məhv etməkdə təsiri) xoranın onun daxilinə təsirindən daha çoxdur”.

Beləliklə deyə bilərik ki, bir mömin üçün bu həyatdakı ən böyük sərmayə - dindarlıqdır.

Mömin gərək dinini bir çox bəlalardan qorusun ki, hidayət yolunda irəliləyə bilsin. Bu yolda onun ən böyük köməkçisi – təqvadır.

İmam Baqir (ə) buyurur: “Allahın təqvasına riayət edin və dininizi təqva ilə qoruyun”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031