Allahla necə qəlb rabitəsi qurmaq olar?
Mьəllif: admin1
Tarix: 5-02-2023, 07:48
Allahla necə qəlb rabitəsi qurmaq olar?
Allahla qəlb rabitəsi qurmağın ən yaxşı yolu fikri, etiqadi və əməli yollardır ki, İslam dini bizə təlim vermişdir. Bu əməllərin bəzisi vacibatdır, bəziləri isə müstəhəbbat. Bu əməllərə işarə edək:

1. Gecə namazı. Hədislərdə oxuyuruq ki, Allah Təala Həzrət Musaya (ə) vəhy edir: “Ey İmranın oğlu! Yalan deyir o kəs ki, məni sevdiyini güman edir. Elə ki, gecə olar, Məndən üz çevirər və yatar.

Məgər belə deyildir ki, hər sevən öz məhbubu ilə xəlvətdə olmaq istəyər? Ey İmranın oğlu! Bil ki, Mən öz dostlarımdan xəbərdaram. Elə ki, gecənin qaranlığı onları bürüyər, qəlb gözlərini özlərinə tərəf qaytarar, hicranın əzabını gözlərinin qarşısında mücəssəm edərəm.

Müşahidə ilə Mənə xitab edərlər. Hüzurla Mənimlə söhbət edərlər. Ey İmranın oğlu! Gecənin qaranlığında qəlbindən mütiliyi və bədənindən təvazökarlığı fəda et.

Gözlərindən yaşı ki, sən Məni yaxın biləcəksən”. Bu hədisdən belə nəticəyə gəlmək olur ki, Allahla qəlb rabitəsi qurmağın ən yaxşı yolu – gecə namazıdır.

2. Qurani-Kərimi tilavət etmək. Allahla qəlb rabitəsi qurmağa təsir qoyan mühüm əməllərdən biri Quran oxumaqdır. Quran ayələrinin və hədislərin bu əmələ təşviq etməsinin səbəbi budur ki, bu nurani Kitabın bərəkətlərindən və təsirlərindən faydalanaq və Allaha yaxın olaq.

3. Həzrət Zəhranın (s.ə) təsbihini davamlı etmək. İstər namazların təqibatında, istər yatmaqdan öncə, istərsə də digər vaxtlarda Həzrət Zəhranın (s.ə) təsbihini etmək – bəyənilmiş əməllərdəndir.

4. Namaz. Allahla qəlb rabitəsi qurmağa ən çox yardım edən ibadət – namazdır. İmam Sadiq (ə) bu haqda buyurur: “Sübhan Allah buyurmuşdur: “Vacib namazdan savayı bir şey yoxdur kı, bəndəni Mənə yaxınlaşdıran şeylərdən ən sevimlisi olsun.

Bəndə Mənə tərəf yaxınlaşmaq istəyər. Nafilə namazı qılar ki, onu sevəm. Nə zaman onu sevsəm, Mən onun eşidən qulağı, görən gözü, danışan dili, iş görən əli olaram. Əgər Məni çağırsa, yerinə yetirərəm. Əgər Məndən bir şey istəsə, ona verərəm””.

5. Allahı davamlı zikr etmək. Çünki Quranda buyurur: “O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28).

Biz gərək yerinə yetirdiyimiz hər bir ibadi əməlin keyfiyyətinə diqqət edək, nəinki kəmiyyətinə. Əgər bu əməlimizi qəlb hüzuru və diqqətlə yerinə yetirsək, tədricən qəlbimizin nurani olduğunu hiss edəcəyik. Ancaq bu əməlləri davamlı yerinə yetirmək təsir göstərər. Ondan qafil olmaq bizi Allahdan uzaqlaşdırar.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031