Əcri-kərim, əcri-əzim, əcri-kəbir arasında nə fərq vardır?
Mьəllif: admin1
Tarix: 25-09-2020, 20:29
Əcri-kərim, əcri-əzim, əcri-kəbir arasında nə fərq vardır?
Quranda adı çəkilən əcri-kərim, əcri-əzim və əcri-kəbir təfsirçilərin nəzərinə görə mükafat və böyük savablara aid edilir.

“Əcr” sözünün lüğətdəki mənası “yaxşı əməl qarşılığında alınan dünya və ya axirət muzdu, savabı və mükafatı”dır.

“Əzim” sözünün mənası “böyük” deməkdir. Misal üçün bu ayədə böyük mənasında işlənir: “Dəniz (əsanın vurulmasıyla on iki yerdən yol kimi) bölündü və (iki yolun arasında olan) hər bir hissə böyük bir dağ kimi oldu”. (“Şuəra” 63).

“Kərim” sözü “kərəmə” kökündən götürülmüşdür və mənası “əziz”, “nəfis” deməkdir. Əgər Allahı vəsf edərsə, məqsəd Allahın nemət və ehsanıdır. Əgər insanı vəsf edərsə, onun bəyənilən əməlləri və əxlaqıdır.

“Kəbir” sözünün mənası isə “əzimi-qədr”, yəni “ali məqam” mənasındadır. “Əzim” sözünün əks mənası “həqir”dir. “Kəbir” sözünü əks mənası isə “səğir”dir. Əzim, kəbirin ən ali dərəcəsi hesab olunur.

Bu sözlərin hamısı Quranda böyük əcr mənalarında işlənmişdir. O cümlədən bu ayələrdə:

“Həqiqətən bu Qur’an (insan cəmiyyətini) ən möhkəm və sabit yola və dinə hidayət edir və həmişə yaxşı işlər görən möminlərə, onlar üçün (dünyada və axirətdə) böyük bir mükafat (əcri kəbir) olması müjdəsini verir”. (“İsra” 9).

“(Allah) onlar üçün çox qiymətli və dəyərli bir mükafat (əcri kərim) hazırlamışdır”. (“Əhzab” 44).

“Öz tərəfindən böyük bir savab (mükafat) (əcri əzim) əta edər”. (“Nisa” 40).

Hər bir halda Quranda adı çəkilən bu üç savab arasında fərq yoxdur. Aralarında olan fərq insanların yerinə yetirdiyi əməllərə görədir.

Əcri-kəbir – təfsirçilərin nəzərinə görə o əcrdir ki, həm zati cəhətdən böyükdür və həm də ədəd baxımdan çox böyükdür ki, ən azı on əcrdir.

Əcri-kəbir bəzilərinin nəzərinə görə o əcrdir ki, Allahdan başqa heç kəs onun sayını bilmir.

Əcri-əzim o əcrdir ki, Allah saleh əməl sahiblərinə vəd etmişdir və böyük bir əcrdir.

Əcri-kərim isə o əcrdir ki, insanlara tələb olunmadan əta olunacaqdır və onları əziz tutmaqla bir yerdə olacaqdır.
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031