Kimlər şəfaətə layiqdir və kimlər bu nemətdən məhrum olacaqlar?
Mьəllif: admin1
Tarix: 22-07-2021, 11:17
Kimlər şəfaətə layiqdir və kimlər bu nemətdən məhrum olacaqlar?
Həzrət Peyğəmbər (s) və Məsum İmamlarımız (ə) şəfaət mövzusuna çox işarə etmiş və onun şərt və hədlərini bəyan etmişdilər.

Şəfaətə aid olan hədislərin sayı o qədər çoxdur ki, saymaqla bitməz. Bu hədislərə həm əhli-təsənnün mənbələrində və həm də Əhli-Beyt (ə) mənbələrində rast gəlmək olur. Bu da həmin mövzunun əhəmiyyətindən bəhs edir.

Burada bəyan olunan hədislərin sənədləri səhihdir və səhih olmayan hədislərdən çəkinilmişdir.

Həzrət Peyğəmbər (s) buyurur: "Mən Qiyamət günü şəfaət edəcəyəm və şəfaətim qəbul olacaqdır. Əli (ə) də şəfaət edəcəkdir və şəfaəti qəbul olacaqdır. Mənim Əhli-beytim (ə) də şəfaət edəcəkdir və onların da şəfaəti qəbul olacaqdır”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Allah mənə beş üstünlük əta etmişdir: onlardan biri şəfaətdir”.

Həzrət Peyğəmbər (s) buyurur: "Mənim ümmətimdə elə kəslər vardır ki, cəmiyyət üçün Məzər qəbiləsinin cəmiyyətinin sayından daha çoxuna şəfaət verəcəklər”.

Həzrət Rəsulallah (s) buyurur: "Həqiqətən, mənim şəfaətim ümmətimin günahkarları üçün olacaqdır ki, böyük günahlara düçar olublar”.

Əbuzər ilə Salman Həzrət Peyğəmbərdən (s) nəql edirlər ki, Həzrət (s) buyurub: "Allah mənə bir yerinə yetən istək əta etmişdir, mən onu Qiyamət günü ümmətimin imanlı insanlarının şəfaəti üçün saxlamışam, Allah Təala da qəbul etmişdir”.

İmam Əli (ə) buyurur: "Biz şəfaət edəcəyik, bizi sevənlər də şəfaət edəcəklər”.

Həzrət Peyğəmbər (s) buyurur: "Üç dəstə vardır ki, Allah dərgahında şəfaət edəcəklər və şəfaətləri qəbul olacaqdır: 1. Peyğəmbərlər. 2. Dini alimlər. 3. Allah yolunda şəhid olanlar”.

Həzrət Peyğəmbər (s) buyurur: "Şəfaət edənlər beşdirlər: 1. Quran. 2. Qohumlar. 3. Əmanət. 4. Peyğəmbər (s). 5. Əhli-Beyt (ə)”.

İmam Əli (ə) oğlu Muhəmməd Hənəfiyyəyə buyurur: "Səndən üzr istəyən kəsin üzrünü qəbul et ki, şəfaət sənə nəsib olsun”.

İmam Əli (ə) buyurur: "Bilin ki, Quran şəfaət edəndir ki, şəfaəti qəbul olar. Elə bir natiqdir ki, dedikləri təsdiq olar. Quran Qiyamət günü hər kəs üçün şəfaət edəcəkdir və onun haqqındakı şəfaəti qəbul olacaqdır”.

Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, məhmud məqamında (şəfaət mqamında) qərar tutarıq, ümmətimin o kəsləri ki, böyük günahlar etmişdir, onlara şəfaət verərəm. Allah Təala onlarla bağlı şəfaətimi qəbul edər. Allaha and olsun, mənim övladlarıma əziyyət verənləri şəfaət etməyəcəyəm”.

İmam Baqir (ə) buyurur: "Həqiqətən, ümmətinə şəfaət etmək Peyğəmbər (s) üçündür”.

Həzrət Muhəmməd Baqir (s) başqa yerdə buyurur: "Hər kim müsəlmanın cənazəsini müşayiət edər, Qiyamət günü dörd şəfaət onun üçündür”.

İmam Sadiq (ə) buyurur: "Hər bir mömin üçün Qiyamət günü beş saat olar ki, həmin beş saatda şəfaət edər”.

İmam Kazım (ə) buyurur: "Atam İmam Sadiq (ə) vəfat edən zaman mənə buyurdu: "Ey övladım! Bizim şəfaətimiz namazı yüngül hesab edənlərə çatmaz””.

İmam Rza (ə) buyurur: "O kəs ki, Allahın Rəsulunu (s) inkar edər və ona etiqad bəsləməz – o Həzrətin (s) şəfaəti ona çatmaz”.

Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət günü mən dörd nəfərin şəfaətçisi olacağam:

1. O kəs ki, övladlarımı əziz tutmuş və hörmət etmişdir.

2. O kəs ki, onların istəklərini yerinə yetirmişdir.

3. O kəs ki, onların işini görməkdə səy göstərmişdir, o zaman ki, həmin işə ehtiyac duymuşdular.

4. O kəs ki, onları dili və qəlbi ilə sevmişdir”.
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031