Eynşteynin İmam Sadiq (ə) haqda dilə gətirdiyi cümlələr
Peyğəmbər (s) övladlarından olan 6-cı imam, Cəfər Sadiqin (ə) şəhadət günü münasibəti ilə o həzrətin təkcə müsəlmanlar arasında deyil, bütün düyadakı nüfuzunu sübuta yetirən bir əhvalatı oxucuların nəzərinə çatdırırıq.
Bir gün müsəlman dünyasının tanınmış alimlərindən olan Mahmud Hessabi (1903-1992) dünya şöhrətli alim Albert Eynşteynin görüşünə gedir. Qərbli alim Hessabidən nə üçün bu qədər yol qət edərək onun yanına gəldiyini soruşur. Hessabi isə bir sıra suallarına cavab tapmaq üçün Eynşteynin yanına gəldiyini bildirir. Eynşteyn ona belə deyir: "Sizin dininizdə elə bir şəxs var ki yalnız 5 yaşı olarkən, Ptolomeyin müəmmalarını cavablandırıb. Sən isə suallarına cavab tapmaq üçün mənə müraciət edirsən.” Hessabi təəccüblə bu şəxsin kim olduğunu soruşur. Eynşteyn "İmam Sadiq” deyə cavab verir. ("SizinYol”) Oxşar xəbərlər
|