Bu surəni oxuyan Kəbəni təvaf edənlərin 10 sayı qədər savab aparar – “Qureyş” surəsinin fəzilətləri
Mьəllif: admin1
Tarix: 7-11-2021, 11:47
Bu surəni oxuyan Kəbəni təvaf edənlərin 10 sayı qədər savab aparar – “Qureyş” surəsinin fəzilətləri
Qureyş” surəsi Müqəddəs Quranın 106-cı surəsidir ki, Məkkədə nazil olmuşdur və 4 ayəsi vardır.

İmam Cəfər Sadiq (ə) bu surənin fəziləti barəsində buyurur: “Hər kim “Qureyş” surəsini çoxlu oxuyar və ona davam edər, Allah Qiyamət günü onu elə halda məhşur edəcəkdir ki, behişt miniklərinə minəcək və nur süfrəsində əyləşəcəkdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Qureyş” surəsini oxuyar, Məscidul-həramı təvaf edənlərin sayı qədər ona on həsənə verər”.
Bu surənin bərəkətləri:

1. Yeməkdə olan zəhəri dəf edər. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər “Qureyş” surəsini ziyanından qorxduqları yeməyə oxusalar, onda şəfa qərar verilər. Onu yeyən, həmin yeməkdən heç bir əziyyət görməz”.

2. Qəlb xəstəliklərinin müalicəsi. İmam Sadiq (ə) buyurur: “Əgər bu surəni suya oxusalar və o kəs ki, qəlb xəstəsidir və səbəbi də bilinmir, (onun üzərinə) töksələr – Allah xəstəliyini dəf edər”.

3. Ruzini artırar. İki rükət namaz qılın. Hər rükətdə “Həmddən” sonra 15 dəfə “Qureyş” surəsini oxuyun. Salamdan sonra Həzrət Peyğəmbərə (s) on salavat göndərin və səcdəyə gedib deyin: “«اللهم أغنِنی بِفَضلِکَ عَن خَلقِک».


/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031