Allah münafiqlərə necə istehza edər?
Mьəllif: admin1
Tarix: 16-05-2021, 11:02
Allah münafiqlərə necə istehza edər?

İstehza sözü rüşxənd etmək mənasında işlənir. Bir çox Quran ayələri buyurur ki, münafiqlərin sifətlərindən biri məsxərə və istehza etməkdir.

“Onlar iman gətirənlərlə görüşdükləri zaman «iman gətirdik» deyərlər, öz şeytanları (azğın dostları) ilə xəlvətə çəkildikləri zaman isə «şübhəsiz, biz sizinləyik, biz (özümüzü iman gətirmiş kimi göstərməklə onları) yalnız ələ salırıq» deyərlər.

Allah da (Qiyamətdə) onları ələ salacaqdır. (İndi) kor-koranə dolandıqları azğınlıqlarında onlara möhlət verir və (azğınlıqlarını) gücləndirir. Onlar azğınlığı hidayət bahasına satın almış kəslərdir.

Buna görə də nə ticarətləri bir xeyir verdi, nə də (haqq) yolu tapanlardan oldular. Onların hekayəti (qaranlıq gecədə geniş bir çöldə) od yandıran şəxsin hekayətinə bənzəyir.

Beləliklə, (od) onun ətrafını işıqlandıran kimi, Allah (odu söndürməklə) onların nurunu aradan aparar və onları heç görə bilməyəcəkləri bir qaranlıqda boşlayar”. (“Bəqərə” 14-17).

Allah Təala münafiqlərdən möminlərin intiqamını alar və onlara istehzanı xatırladar. Bəzi din alimləri buyurur ki, Allah hər bir nöqsandan uzaq olduğu üçün, istehza dedikdə onun həqiqi mənası nəzərdə tutulmur. Bəlkə cəza və əzabına istehza adı vermişdir. Ərəblər arasında bir əmələ cəza verməyi bu cür adlandırardılar.

“Hər bir pisliyin cəzası onun kimi bir pislikdir”. (“Şura” 40).

Bəzi Quran ayələrində isə münafiqlər möminlər və mələklər tərəfindən istehza olunur. “Bu gün (isə) iman gətirənlər kafirlərə gülərlər”. (“Mutəffifin” 34).

İbn Abbas nəql edir: “Kafirlər odda olduqları halda üzlərinə behişt qapıları açılar. Atəşdən tələsərək ora gedərlər. O zaman ki, qapıya çatarlar, bağlanar.

Başqa bir tərəfdən behişt qapısı açılar, yenə ona tərəf tələsərlər çatan zaman bağlanar. Möminlər onlara gülərlər”.

Bəzilərinin nəzərinə görə, istehza dedikdə istidrac nəzərdə tutulur. Allah onlara möhlət verər ki, günahlarını artırsınlar. Halbuki onlar elə günan edərlər ki, Allah onların yaxşılığını istəyir. Sonra ağır əzaba düçar olarlar.

Bəzilərinin nəzərinə görə isə istehza münafiqlərin bu dünyadakı mükafatıdır. Onlar möminləri məsxərə etdikləri kimi, Allah da onları məsxərə edər. Əgər zalımdırsa, başqa bir zalım tərəfindən zülm görər.

Münafiqlər əgər iman gətirdiklərini desələr, dünyada irs, nikah, dəfn baxımından müsəlmanlar kimi olarlar. Ancaq axirətdə kafirlər kimi əzab görərlər. Bu da onların məsxərəsinin nəticəsidir.

Hər bir günahın öz İlahi cəzası vardır. Lakin Quran ayələrini və möminləri məsxərə etmək böyük günah olduğu üçün cəzası da əməli kimi böyük olar.

İmam Rza (ə) buyurur: “Məkr və istehza Allaha aid deyildir. Lakin məkrin və istehzanın cəzasını verər”.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031