Nə edək ki, orucumuz qəbul olsun?
Mьəllif: admin1
Tarix: 24-03-2024, 11:50
Nə edək ki, orucumuz qəbul olsun?
Nə edək ki, orucumuz qəbul olsun? Hədislərimizdə oxuyuruq ki, oruc - mühüm bir ibadətdir.

Allah dərgahında qəbul olan oruc təkcə gün ərzində ac və susuz qalmaq deyildir. Orucun əsas qəbul olma şərti bədəni və ruhu günahlardan uzaqda tutmaq deməkdir.

İmam Əli (ə) buyurur: “O qədər oruc tutan var ki, aclıqdan başqa faydası yoxdur”. “Nəfsin orucu - beş hiss orqanını günahlardan saxlamaq və qəlbi bütün pisliklərdən boşaltmaq deməkdir”.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, qeybət və söz gəzdirmək orucu pozar. Haqq sahibi razı olmayınca, namaz və oruc 40 gün qəbul olmaz.

İmam Sadiq (ə) buyurur: “Oruc tutdunsa, gərək gözün, qulağın, dilin də oruc olsun. Gözünüzü harama baxmaqdan, qulağınızı haram eşitməkdən və dilinizi yalan və fəhşadan saxlayın”.

İmam Baqir (ə) Cabirə deyir: “Ey Cabir! Hər bir kəsə Ramazan ayı daxil olarsa və o, oruc tutarsa, gecə namaza qalxarsa və bədənini günahdan qoruyarsa, gözlərini harama bağlayarsa, insanlara əziyyət verməzsə - günahlarından pak olar və anadan doğulmuş kimi olar”.


/deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031