Möminin qəlbi qəzəb və kindən pak olmalıdır
Mьəllif: admin1
Tarix: 29-09-2024, 13:14
Möminin qəlbi qəzəb və kindən pak olmalıdır
Düşmənçilik iki növdür. Birinci növ – o düşmənçilikdir ki, kiminsə düşmənçiliyini qəlbində çəkirsən və onu gizləib intiqam almaq üçün fürsət axtararsın. İkincisi – aşkar şəkildə həmin şəxsə əziyyət verər və düşmən olduğunu dilinə gətirərsən.

Birinci dəstə düşmənçiliyə kin deyilir, çünki onun düşmənçiliyini qəlbində gizlətmişdir. İkinci dəstə düşmənçilik isə birinci düşmənçiliyin səmərəsidir. Çünki kini daha qüvvətli olmuşdur. Artıq qəlbi onu qorumağa qadir deyildir və ona görə də üzərində olan pərdəni kənara çəkmişdir.

Birinci dəstə düşmənçiliyin səmərəsi qəzəbdir. Çünki əgər insan başqasına qəzəblənərsə, aciz olduğu üçün o qəzəbini büruzə verə bilməzsə, həmni qəzəb qəlbində kinə çevrilər. Həm qəzəb və həm də kin – rəzil sifətlərdəndir.

Hədislərimiz buyurur ki, mömin kinli deyildir.

Kini meydana gətirən başqa amillər də vardır, o cümlədən: həsəd, qeybət, yalan, böhtan, zarafat etmək, eyibləri aşkara çıxartmaq, istehza etmək kimi.

Hətta bu saydıqlarımız olmasa belə, düşmənçilk hissi insanın kinli olması üçün kifayətdir. Kinli insan xəstədir və Allah dərgahından get-gedə uzaqlaşar.

İmam Əli (ə) buyurur: “Dünya ondan kiçik, həqir və dəyərsizdir ki, orada kinlərin ardınca gedilsin”.

İmam Əli (ə) başqa yerdə buyurur: “Kin yaxşılıqları məhv edər”.

Əmirəl-möminin (ə) buyurur: “Hər kim kini özündən uzaqlaşdırar – qəlb və ağılı rahat olar”.

Həzrət Əli (ə) buyurur: “Fitnələrin səbəbi – kinli olmaqdır”.

İmam Hüseyn (ə) buyurur: “Şübhəsiz ki, bizim davamçılarımızın qəlbləri hər bir xəyanətdən, kindən, fırıldaqdan pakdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Bir-birinizə hədiyyə verin, çünki kini aradan aparır”.

İmam Əli (ə) buyurur: “Başqalarının sinəsindən pisliyi çıxartmaq üçün onun öz sinəndə kökünü kəs”.

İmam Əli (ə) buyurur: “Həsəd aparan tez qəzəblənər və kini gec qəlbindən çıxar”.

İmam Əli (ə) buyurur: “Kinli insanın ruhu əzabdadır və qəmi bir neçə qatdır”.

Məsumların (ə) buyurduğu kimi, kin insana həmişə əzab verən bir xəstəlikdir. Bu xəstəlik insanın ruhunu yediyi kimi, sağlamlığını da əlindən alar, ona hamıdan çox zərər verər.

Kinli insanın qəmi davamlı olduğu üçün, rahatlığı olmaz və başqa rəzil sifətlərin meydana gəlməsi üçün şərait yaradar.

Bu insan xəstə olduğunu qəbul etməli və özünü bu rəzil sifətdən xilas etməlidir. Əks halda əldə etdiyi bütün həsənələri və xeyirləri əldən verəcək, Qiyamət günü həsrət çəkənlərdən olacaqdır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031