Dünya və axirət səadətinin yolu ibadətin həqiqətindən keçir
Mьəllif: admin1
Tarix: 14-05-2016, 21:47
Dünya və axirət səadətinin yolu ibadətin həqiqətindən keçir

yəni Haqqın bütün istəklərinə boyun əymək, istər maddi olsun, istərsə də mənəvi.
İbadət - yəni Allah Təalanın əmrlərinə müticəsinə və itaətkarcasına səy göstərmək.
İbadət - yəni pak və halal mal istəmək və onu özünün, arvad və uşaqlarının, yaxınlarnın, yoxsulların ehtiyacları üçün xərcləmək.
İbadət - yəni əldə edilən qazancdan xüms vermək.
İbadət - yəni zəkatın aid olduğu maldan zəkat vermək.
İbadət - yəni sileyi-rəhm, yoxsul və kasıba yardım etmək, qohumların çətinliklərini aradan qaldırmaq, infaq və sədəqə, hər bir xeyir və müsbət iş görmək.
İbadət - yəni qəlbdəki rəzillikləri sökmək, əxlaqi fəzilətlərə və mənəvi mələkuta bürünmək.
İbadət - yəni hər bir halda Allahı yada salmaq, insanlara qarşı insaflı olmaq, məzluma yardım etmək.
İbadət - yəni elm və bilik, fəzilət, şərafət, kəramət axtarışında olmaq və sirat yolunda hərəkət etmək ki, İlahi qürbə çata biləsən.
İbadət - yəni İslamı qorumaq və ölkə insanlarından təhlükəni uzaqlaşdırmaq üçün mal və canınla cihad etmək, İslam sərhədlərini qorumaq.
İbadət - yəni Quran və Əhli-beytin (ə) sayəsində bir-biri ilə birləşmək, vahid olmaqdır.
İbadət - yəni dini təbliğ etmək, İlahi maarifi yaymaq, arvad-uşağına və başqa insanlara Allahın buyurduqlarını elan etməkdir.
İbadət - yəni ehtiyacı olana borc vermək, əl tutmaq.
İbadət - yəni Quran qiraət etmək, Quranı öyrənmək, ona əməl etmək və onu elan etməkdir.
İbadət - yəni vacib namazı qılmaq, camaat namazında iştirak etmək, namazın zahirinə və batininə riayət etməkdir.
İbadət - yəni Ramazan ayının orucu, Ramazan ayının hörmətini qorumaq, orucun batininə və zahirinə riayət etməkdir.
İbadət - yəni Allah evinin həcci, həcc yolunda və zamanında nəfsi tərbiyə etməkdir.
Hər bir halda ibadət Allah Təalanın Özü və xəlqinə qarşı istəklərinə şamil olur. Allah insana hər bir haqqa riayət etməsini əmr etmişdir, o cümlədən: heyvanların və hər bir canlının haqqına.
İbadət məqamı - ən üstün məqamdır. Allahın dünya və axirətdəki xüsusi feyzləri ancaq bu yolla bəndəsinə çata bilər. (Erfan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031