Quranda Peyğəmbərlərin (ə) duaları
Mьəllif: admin1
Tarix: 20-09-2020, 10:14
Quranda Peyğəmbərlərin (ə) duaları
"Dua" lüğətdə istəmək, bir şeyə rəğbət etmək və bir kəsdən nə isə istəmək mənasındadır.( Qamus əl-muhit, dua bölməsi.)

İslamda "dua" termini, Allahdan kömək və xeyirxahlıq diləmək, onun müqabilində öz acizliyini nümayiş etdirmək və Tanrı ilə mənəvi rabitə yaratmaqdır.

Qurani kərim bir çox ayələrdə açıq-aydın camaatı dua etməyə çağıraraq, onu qəbul edəcəyinə vəd etmişdir.
Allah taala buyurur:

"(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər." ( Bəqərə surəsi, 186-cı ayə.)

Başqa ayədə dua etməyə əmr edərək buyurur:

"Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!" ( Ğafir surəsi, 60-cı ayə)

Peyğəmbər (s) buyurur: "Camaatın ən acizi dua etməyi bacarmayan şəxslərdir". ( İddətüd-dai, səh. 24.)

İmam Əli (ə) buyurur: "Allah yanında ən sevimli əməl yer üzündə edilən duadır". ( Kafi, c.2, səh. 467.)

1) Həzrət Adəmin (ə) duası

O həzrət cənnətdən uzaqlaşdırılarkən dedi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər". (Əraf surəsi, 23-cü ayə.)

2) Həzrət Nuhun (ə) duası

O həzrət dua edərkən buyurdu: "Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mömin kimi daxil olan kimsəni və (qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını (ölümünü) artır!”. (Nuh surəsi, 28-ci ayə.)

3) Həzrət İbrahimin (ə) duası

Həzrət İbrahim (ə) öz ailəsini Məkkənin susuz səhrasında qoyandan sonra buyurdu: "Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Hacəri) Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim.

Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kəbənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə) şükür edə bilsinlər!...

Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et.

Ey Rəbbimiz! Duamı qəbul et!

Ey Rəbbim! Haqq-hesab çəkilən gün (qiyamət günü) məni, ata-anamı və möminləri bağışla!”
(İbrahim surəsi, 37, 40 və 41-ci ayələr.)

4) Həzrət Süleyman (ə)-ın duası

Allah taala həzrət Süleyman (ə)-ın duasını belə nəql edir: “Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinə saleh bəndələrinin zümrəsinə daxil et!” (Nəml surəsi19-cu ayə.)

5) Həzrət Yunusun (ə) münacatı

Allah taala həzrət Yunus (ə)-ın balığın qarınında olarkən etdiyi duanı belə nəql edir: "…Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində):

“(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)”,-deyib dua etmişdi. Biz onun (Yunisin) duasını qəbul etdik və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq..."
(Ənbiya surəsi, 87 və 88-ci ayələr.)

6) Həzrət Yusifin (ə) duası

Allah taala həzrət Yusif (ə)-ın Züleyxa ilə macərasında etdiyi duanı belə nəql edir: "(Yusif) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram”. Rəbbi (Yusifin) duasını qəbul buyurub (qadınların) məkrindən qurtardı. Həqiqətən, O, (hər şeyi) eşidəndir, biləndir!" (Yusif surəsi, 33-cü ayə.)

7) Həzrət Musanın (ə) duası

Quran həzrət Musa (ə)-ın Allahdan ruzi istəməsi barəsində buyurur: “...Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!” (Qəsəs surəsi, 24-cü ayə).

8) Həzrət Zəkəriyyanın (ə) duası

O həzrət Allah taaladan salih övlad istəyərkən belə dua etdi: "Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!” (Ali İmran surəsi, 38-ci ayə.)

Allah taala islam peyğəmbərinə (s) xitabən buyurur: "(Ya Peyğəmbər!) De: “Mən ancaq öz Rəbbimə ibadət edirəm və heç kəsi Ona şərik qoşmuram!” (Cinn surəsi, 20-ci ayə.)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031