Odun içində qala bilən İmam – Həzrət İmam Kazımın (ə) etdiyi məşhur kəramətlər
İmam Musa Kazım (ə) 128-ci hicri-qəməri ilində Əbvada, Məkkə ilə Mədinə arasında olan məntəqədə dünyaya gəlmiş, 183-ci hicri-qəməri ilinin Rəcəb ayının 25-də 55 yaşında Bağdadda şəhid edilmişdir.
35 il imamətlik etmişdir. Həzrətin (ə) künyəsi Əbu İbrahim, Əbul-Həsən, Əbu Əli idi, Kazim adı ilə məşhur idi. İmam (ə) həyatı boyunca çox sayda möcüzələr və kəramətlər göstərmişdir ki, onlardan ən məşhur olanlarını təqdim edirik. Əli ibni Yəqtin nəql edir: “Harun bir sehirbazı çağırır ki, onun vasitəsilə İmam Kazımı (ə) məclisdə xəcalətli etsin. Süfrə açılır və həmin sehrbaz çörəyə əfsun oxuyur. İmam Kazım (ə) süfrədə əlini çörəyə atır və çörək göyə qalxır və onu tutmağı bacarmır. Hamı bu səhnəni görüb gülür, Harun xüsusi ləzzət alır. İmam (ə) başını pərdənin üzərində çəkilmiş şir şəklinə çevirir və buyurur: “Ey Allahın şiri! Allahın düşmənini tut!”. Həmin şəkil böyüyür və sehrbazı udur. Harunla dostları bu səhnəni görüb özlərindən gedirlər. Bu mənzərəni gördükləri üçün ağılları başlarından uçur. Huşa gələn zaman Harun, Həzrətə (ə) deyir: “Sənin üzərində olan haqqıma görə əmr et həmin şəkil udduğu adamı geri qaytarsın”. İmam (ə) buyurur: “Əgər Musanın (ə) əsası udduğunu qaytarsaydı, o da həmin kişini qaytarardı”. Zəkəriyyə ibn Adəm nəql edir: “İmam Rza (ə) buyurub: “Atam o insanlardan idi ki, beşikdə dil açmışdır””. Yəqub Sərac nəql edir: “İmam Sadiqin (ə) yanına getmişdim və gördüm ki, İmam Kazımın (ə) beşiyinin kənarında dayanıb bir müddət ona öz sirlərini dedi. Mən əyləşib gözlədim və İmam (ə) sirlərini söyməkdən ayrıldı. Həzrətə (ə) hörmət əlamət olaraq yerimdən qalxdım. Mənə buyurdu: “Mövlanın yanına gəl və ona salam ver”. Mən yaxınlaşıb salam verdim və beşikdə olan körpə mənim salamımın cavabını fəsih şəkildə verdi. Buyurdu: “Elə indi evinə get və dünən qızına qoyduğun adı dəyişdir, çünki o adı Allah sevmir”. Bəli, mənim qızım var idi və adını Həmira qoymuşdum. İmam Sadiq (ə) buyurdu: “Oğlumun əmrini yerinə yetir ki, nicat ondadır”. İmam Kazımın (ə) qardaşı Abdullah Əftəh nəql edir: “İmamət mövzusunda İmam Kazımla (ə) mübahisə edirdik. İmam (ə) atəş yandırdı və saatlarla onun ortasında əyləşdi, insanlarla bu halda söhbət etdi. Sonra ayağa qalxdı və mənə buyurdu: “Əgər sən imamsansa, belə et””. İbrahim ibn Səyid nəql edir: “İmam Kazımın (ə) zindandakı hücrəsinə bir neçə vəhşi heyvan saldılar ki, Həzrəti (ə) parçalasın. Bu vəhşi heyvanlar İmamın (ə) yanında müti və itaətkar oldular, Həzrəti (ə) imam adlandırdılar və Harunun şərindən Allaha pənah apardılar. Bu xəbər Haruna çatan kimi, İmamı (ə) azad etdi. Dedi: “Qorxuram ki, məni, insanları və ətrafımda olanları özünə məftun etsin”. Oxşar xəbərlər
|