Dünya ilə axirətin 7 fərqi
Mьəllif: admin1
Tarix: 25-09-2024, 11:23
Dünya ilə axirətin 7 fərqi

Dünya ilə axirətin fərqlərinə nəzər yetirək:

1. Sözü gizlətmək. “Allahdan heç bir sözü gizlədə bilməzlər”.(“Nisa” 42).

Dünyada sözü gizlətmək olar, ancaq Qiyamət günü sözü gizlətmək mümkün olmaz.

2. Üzrxahlıq. “Və onlara (söz deməyə) izn verilməz, beləliklə də üzr istəyə bilməzlər (çünki heç bir üzrləri yoxdur)”. (“Mursəlat” 36).

Dünyada üzr istəmək olar, ancaq Qiyamət günü üzrxahlıq etmək mümkün deyildir.

3. Əzabdan qaçış. “Məhz o gün insan: «Qaçıb qurtulmaq üçün yer haradadır?» – deyəcəkdir. Xeyr, (o gün) heç bir sığınacaq yeri olmayacaq”. (“Qiyamət” 10-11).

Dünyada işgəncədən qaçmaq olar, ancaq Qiyamət günü əzabdan qaçmaq mümkün deyildir.

4. Özünü müdafiə etmək. “Bu, elə bir gündür ki, onlar (Məhşərin bəzi duracaqlarında) danışmazlar dinməzlər”. (“Mursəlat” 35).

Dünyada özünü müdafiə etmək olar, ancaq Qiyamət günü mümkün deyil.

5. Təqiyyə etmək, əməl və əqidəni gizlətmək. “Gizlin sirlərin aşkar olacaqı (beyinlərin imanı və küfrü, nəfslərin fəzilətləri və rəzilətləri, qəlblərin sirləri və əməllərin gizliləri meydana çıxacağı) gün”. (“Tariq” 9).

Dünyada əməlini və əqidəni gizlədə bilərsən, ancaq Qiyamət günü yox.

6. Ötən nemətlər. “Onun (evlərinin və ağaclarının) altından daim çaylar axır, onun bol meyvəsi, yeməkləri və ruzisi daimi, kölgəsi həmişəlikdir”. (“Rəd” 35).

Dünya nemətləri ötən və fanidir, ancaq axirətdəki nemətlər cavidandır.

7. Əzabda yüngüllük. “Odur ki, (axirətdə) onların əzabı əsla yüngülləşməyəcək və onlara (heç bir) kömək də olunmayacaqdır”. (“Bəqərə” 86).

Dünyada əzab və işgəncəni yüngülləşdirmək olar, ancaq axirətdə deyil.


Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031