"Nümunəvi ailə" adlı elmi və mədəni tədbir qeyd olunacaq
Mьəllif: admin1
Tarix: 7-04-2015, 12:20
"Nümunəvi ailə" adlı elmi və mədəni tədbir qeyd olunacaq

Əziz xanimlar!

Gürcüstan Marneuli şəhəri Əhli beyt (ə) cəmiyyəti, həmin cəmiyyətin nəzidində fəaliyyət göstərən "Əhli-Beyt (ə) aşiqləri forumu" və" Zeynəb (s.ə)" Qadınlar Təşkilatının birgə təşkilatçılığı ilə Xanım Zəhranın (s.ə) mübarək doğum günü və İslamda qadınlar bayramı günü münasibəti ilə " Nümunəvi ailə" adlı elmi və mədəni tədbir qeyd edir.

Tədbirdə "Nərciz" Qadınlar Cəmiyyətinin sədri Səmədova Səidə "İslamda qadınlar bayramının mahiyyəti", Qlobal Tv-də "Zərif dəqiqələr" verlişinin aparıcısı Məleykə Aslanova "Gənclərin evlilikdən öncə ailə hazırlıqları" , Bakı şəhərində yerləşən hövzənin müəlliməsi Yeganə müəllimə "Əhli-Beyti (ə) örnək alaraq nümunəvi ailə" və "Əhli beyt (ə)" cəmiyyəti və "Zeynəb (s.ə) Qadınlar Təşkilatının dəyərli müəlliməsi Muluxsa Həsənova "Ailədə uşaq tərbiyəsi" mövzusunda cıxış edəcəklər.

Eyni zamanda tədbirə " Nərciz ilahi nəğmələr qrupu da dəvətlidir.

Tədbir 12.04.2015 tarixində

Saat 15:00-da Əhli-Beyt (ə) cəmiyyətinin Hüseyniyyəsində baş tutacaq.

Bütün xanımlar dəvətlidir!

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031