Bu gün Tiflisdə Məscidlərin qeydiyyat məsələsi muzakirə edilib.
Mьəllif: admin1
Tarix: 21-12-2014, 21:12
Bu gün Tiflisdə Məscidlərin qeydiyyat məsələsi muzakirə edilib.

Bu gün Tiflis şəhərində Gürcüstan Əhli-Beyt (ə) Cəmiyyətinin sədri Hacı Rasim Məmmədov və cəmiyyətin dini heyyəti ilə Gürcüstan Müsəlmalar İdarəsinin şeyxi Hacı Ramin İgidovla görüş olub. Görüşdə son zamanlar mediada yayılan məscidlərin GMİ-nin balansına keçməsi haqqında deziinformasiyalar müzakirə olunub. Həmin görüşdə qeyd olunub ki, Məscidlər və Dini ibadət ocaqları xalqın inanc yeridir, buna görədə dövlət bu cür məsələlərə çox həssaslıqla yanaşaraq adı gedən problemlərin həllində inanclılarn xüsusən Din alimlərinin fikirlərini əsas götürməlidir. Məsələyə aydınlıq gətirən GMİ şeyxi Hacı Ramin İgidov bildirib ki, məscidlər mülkiyyət olaraq GMİ-nin tərkibinə keçmir sadəcə qeydiyyat səlahiyyəti GMİ-yə verilməsi haqqında razılığa gəlinib.
Həmçinin yaxın günlərdə GMİ-nin Ali Dini Şurası bu məsələlərə daha da şəffavlıq və aydınlıq gətirmək üçün yaxın zamanda Dini məsələlər üzrə Dövlət Agentliyi və digər adiyyati orqanlarla görüşəcəklər.
Ümidvarıq ki, dövlətimiz dini problemlərin həllində ədalətli mövqe sərgiləyəcək.
Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031