Marneulidə Fələstin müsəlmanlarına dəstək aksiyası keçirilib (FOTO)
Mьəllif: Admin
Tarix: 20-10-2023, 20:11
Marneulidə Fələstin müsəlmanlarına dəstək aksiyası keçirilib (FOTO)
Marneuli şəhərinin mərkəzi İmam Əli (ə) məscidinin qarşısında, İmamcümə Hacı Rasim Məmmədovun imamlığı ilə qılınan cümə namazından sonra, Qəzzada baş verənlərdən dolayı Fələstin xalqına dəstək aksiyası keçirilib.

Ahlibeyt.ge xəbər verir ki, dəstək aksiyasında din xadimləri ilə yanaşı kənd və şəhərdən gələn digər vətəndaşlar da iştirak ediblər.

Aksiyada çıxış edən din xadimləri Hacı Hacıyev, Kamran Məmmədov və Qurban Murquzov İsrailin son addımlarını pisləyərək, dinc insanlara qarşı hücumları qınayıb və Fələstin xalqına həmrəylik ifadə ediblər.

Aksiyada məzlumun səsinə səs verərək, zalimin zülmünə yox şüarları səsləndirilib. Aksiya iştirakçıları əllərində İsrailin silahlı hücumu zamanı həyatını itirən və zərər görən Fələstinli müsəlmanların fotolarını tutublar.

Aksiyanın sonunda İmam cümələrdən olan Hacı Hacıyev Gürcüstanda yaşayan müsəlmanlar adından Gürcüstan hökumətinə, BMT-nin Gürcüstan nümayəndəliyinə və digər beynəlxalq qurumlara təqdim ediləcək bəyanatı oxuyub.


Marneulidə Fələstin müsəlmanlarına dəstək aksiyası keçirilib (FOTO)
Marneulidə Fələstin müsəlmanlarına dəstək aksiyası keçirilib (FOTO)
Marneulidə Fələstin müsəlmanlarına dəstək aksiyası keçirilib (FOTO)
Marneulidə Fələstin müsəlmanlarına dəstək aksiyası keçirilib (FOTO)
Marneulidə Fələstin müsəlmanlarına dəstək aksiyası keçirilib (FOTO)
Marneulidə Fələstin müsəlmanlarına dəstək aksiyası keçirilib (FOTO)
Marneulidə Fələstin müsəlmanlarına dəstək aksiyası keçirilib (FOTO)
Marneulidə Fələstin müsəlmanlarına dəstək aksiyası keçirilib (FOTO)


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031