Niyə bir çoxlarına Fitr (Ramazan) bayramı qismət olmur?
Mьəllif: Admin
Tarix: 21-04-2023, 12:06
Niyə bir çoxlarına Fitr (Ramazan) bayramı qismət olmur?
Əbdüllətif Əl-Tiflisidən hədis

عَلِيُّ بْنُ مُحَمَّدٍ عَمَّنْ ذَكَرَهُ عَنْ مُحَمَّدِ بْنِ سُلَيْمَانَ عَنْ عَبْدِ اللَّهِ بْنِ لَطِيفٍ التَّفْلِيسِيِّ عَنْ رَزِينٍ قَالَ قَالَ أَبُو عَبْدِ اللَّهِ ع لَمَّا ضُرِبَ الْحُسَيْنُ بْنُ عَلِيٍّ ع بِالسَّيْفِ فَسَقَطَ رَأْسُهُ ثُمَّ ابْتُدِرَ لِيُقْطَعَ رَأْسُهُ نَادَى مُنَادٍ مِنْ بُطْنَانِ الْعَرْشِ أَلَا أَيَّتُهَا الْأُمَّةُ الْمُتَحَيِّرَةُ الضَّالَّةُ بَعْدَ نَبِيِّهَا لَا وَفَّقَكُمُ اللَّهُ لِأَضْحًى وَ لَا لِفِطْرٍ قَالَ ثُمَّ قَالَ أَبُو عَبْدِ اللَّهِ ع فَلَا جَرَمَ وَ اللَّهِ مَا وُفِّقُوا وَ لَا يُوَفَّقُونَ حَتَّى يَثْأَرَ ثَائِرُ الْحُسَيْنِ ع

“Əli ibn Məhəmməd bir nəfərdən, o da Məhəmməd ibn Süleymandan, o da Abdullah ibn Lətif Əl-Tiflisidən, o da Rəzindən, o da Əbu Abdullahdan belə buyurulduğunu nəql edib:

“Hüseyn ibn Əliyə qılınc zərbəsi endiriləndən, İmamın (ə) (bədəni) başı (üstə) yerə düşəndə və başı kəsildiyi anda göyün dərinliklərindən carçı belə bir car çəkdi: “Ey Peyğəmbərindən (s) sonra yolunu azıb sərgərdan qalmış ümmət, Allah sizə qurban və fitr bayramını qismət eləməsin!”

Mühəddis deyir: “Əbu Abdullah sonra buyurdu ki, “And olsun Allaha, (o vaxtdan) onlara (həmin bayramların dəqiq gününü bilmək) nəsib olmayıb və (bundan sonra) Hüseynin (ə) qanının intiqamını alan (Həzrət Mehdi, (ə.f)) intiqam alana kimi də nəsib olmayacaq”. (“Əl-Kafi”, c. 4, sƏh. 171)

Gürcüstanda İslam tarixi kitabının I cildi. Səh:279

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031