Elan! Tasua yürüşü keçirləcək
![]() Tarix: 05.07.2025 Hərəkət zamanı: 11:00 Gürcüstan Əhli-beyt (ə) cəmiyyətindən İmam Əli (ə) Məscidinə qədər baş tutacaq yürüşə hər bir müsəlman bacı və qardaş dəvətlidir. Qeyd edək ki, İyulun 05-də Marneulidə baş tutacaq Tasua mərasimi ilə bağlı “Gürcüstan Əhli-Beyt (ə) Cəmiyyəti”nin sədri, İmamcümə Hacı Rasim Məmmədov bəyanat verib. Bəyanatda din xadimi baş tutacaq "Tasua" mərasiminin əsas şuarı barədə açıqlama verib. Bəyanatda deyilir: "Tasua" yürüşünün bu ilki şuarı: "KƏRBƏLA QİYAMI, ZÜLMƏ QARŞI MÜQAVİMƏT VƏ MÜBARİZƏ MƏKTƏBİDİR!". İmamcümə sözünə əlavə edərək deyib: "İmam Hüseyn (ə) məktəbinin yaşadılmasında və Kərbəla həqiqətlərinin dünyaya çatdırılmasında "Tasua" yürüşü xüsusi önəm və əhəmiyyətə malikdir. Aşura inqilabının əzəmətini və ölməzliyini özündə əks etdirən Tasua yürüşündə iştirak etmək hər bir müsəlmanın vəfa borcudur". Oxşar xəbərlər
|