Səadətli Qədir-Xum bayramı münasibəti ilə Əhli-beyt (ə) cəmiyyətinin təbrik bəyanətı
Mьəllif: admin1
Tarix: 25-06-2024, 09:25
Səadətli Qədir-Xum bayramı münasibəti ilə Əhli-beyt (ə) cəmiyyətinin təbrik bəyanətı
Ahlibeyt.ge xəbər verir ki, bu gün 25 iyun və 18 zilhəccə müsəlmanların böyük bayramlarından olan dinin kamilləşməsi, səadətli Qədir-Xum bayramına təsadüf edir.

Bu bayram münasibəti ilə "Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti" və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqləri Forumu" və "Zeynəb (s.ə) Qadınlar Birliyi" başda İmam Zaman (ə.f) olmaqla, dünya Əhli-beyt (ə) aşiqlərini təbrik edir.


Qədir Xum Məkkə və Mədinə arasında bir yerin adıdır. Əziz İslam Peyğəmbəri Həzrət Məhəmməd (s) həccül-vidada (sonuncu həcc) dünya şiələrinin birinci imamı Həzrət İmam Əlini (ə) özündən sonra vəli elan etdi.

Əziz İslam Peyğəmbəri (s) sonuncu həccindən döndüyü zaman Həccdə iştirak edən bütün müsəlmanları Qədir-Xumda topladı və bu məkanda Həzrət İmam Əlini (ə) Allah-taala tərəfindən öz vəsisi, qardaşı və canişini elan etdi.

Əziz İslam Peyğəmbəri (s) Qədir-Xumun önəmli xütbəsində buyurdu: "Mövlası olduğum hər kəsin, məndən sonra mövlası Əlidir".

İslam rəvayətlərində ən böyük bayram kimi izah olunan səadətli Qədir-Xum bayramını bütün ilahi dinlərin ən böyük bayramı kimi qeyd etmək olar. Çünki bütün ilahi elçilərin zəhmətləri bu gündə nəticəyə varmışdır.
Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031