Dəyərli kitab
Mьəllif: admin1
Tarix: 11-04-2017, 15:54
Dəyərli kitab
Hacı Rasim Məmmədovun “Gürcüstanda islam tarixi” adlı kitabı bütövlükdə – Gürcüstanda bir ilk olaraq – islam tarixinə, “Tiflisi” nisbəli mühəddislərin (hədis mütəxəssislərinin) ölkəmizdə keçən həyat və fəaliyyətlərinin tədqiqinə-araşdırılamasına həsr olunmuşdur.

Bu qiymətli kitab Allahı yad etməyə, Onun insanlarda görmək istədiyi insani keyfiyyətlərə, Onun kitabı olan “Qurani-Kərim”ə, Onun Peyğəmbərinə (s), Peyğəmbərin (s) Əhli-beytinə (ə), dinlər və mədəniyyətlər arasında dialoqa dərin hörmət və məhəbbətlə qələmə alınıb.

Tarixilik prinsipinə riayət etməklə yazılan, miladi təqvimlə 650-1050-ci illəri əhatə edən bu kitabda müsəlmanların Gürcüstana ilk gəlişindən tutmuş, həmin dövrdəki vergi siyasəti, torpaq münasibətləri, inzibati siyasət, idarə sistemi və numizmatika kimi digər mühüm hadisələr də öz əksini tapmışdır.

“Elmi yazmaqla bəndə salan” (ifadə Allahın Peyğəmbərinə (s) məxsusdur) Hacı Rasim Məmmədovu qazandığı bu əhəmiyyətli uğura-qiymətli monoqrafiyaya görə ürəkdən təbrik edirik və ümidvarıq ki, Allah-taala tezliklə kitabın ikinci cildini görməyi də bizə nəsib edəcəkdir. İnşallah!

P.S. Qeyd edək ki, bu gündən etibarən “Gürcüstanda islam tarixi” kitabı saytımızda hissə-hissə veriləcək.


Ramin Əliyev
İbrahimxəlil
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031