İmam Həsənin (ə) təvəllüdü münaibəti ilə bütün müsəlmanları təbrik edirik
Mьəllif: admin1
Tarix: 16-03-2025, 12:23
İmam Həsənin (ə) təvəllüdü münaibəti ilə bütün müsəlmanları təbrik edirik

Ahlibeyt.ge xəbər verir ki, bu gün Peyğəmbərimizin (s) sevimli nəvəsi, İmam Əlinin (ə) və Həzrəti Fatimənin (s.ə) böyük oğlu, müsəlmanların 2-ci İmam Həsənin (ə) mövlud günüdür.

Bu təvəllüd münasibəti ilə, "Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti" və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqləri Forumu" və "Zeynəb (s.ə) Qadınlar Birliyi" başda İmam Zaman (ə.f) olmaqla, dünya Əhli-beyt (ə) aşiqlərini təbrik edir.

İmam Həsən (ə) hicrətin 3-cü ilində Mübarək Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya göz açıb. O Həzrətin (ə) Seyyid, Sibt, Əmin, Hüccət, Nəqi, Zəki, Zahid və Müctəba kimi ləqəbləri vardır ki, sonuncu daha məşhurdur.

Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq edib, hicrətin 50-ci ilində Müaviyənin hiyləsi ilə zəhərlənib və şəhadətə qovuşub. İmam Həsənin (ə) müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.
Oxşar xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930