Gürcüstanda yeni məscidin açılışı olub
Mьəllif: admin1
Tarix: 22-04-2014, 20:46
Bцlmə: Gürcüstan
Gürcüstanda yeni məscidin açılışı olub

Nardaranpiri.com SalamNews-a istinadən xəbər verir ki, açılış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev, din xadimləri və kənd sakinləri iştirak ediblər.
Hacı Əli Əliyev kənd caamtını təbrik edərək deyib ki, belə əziz gündə məscidin açılışı müsəlmanlar arasında birliyin, qüdrətin olmasıdır. Çünki, bu günlər bütün dünya müsəlmanları İslam Peyğəmbərinin (s) qızı, İmam Əlinin (ə) həyat yoldaşı, İmam Həsən (ə) və İmam Hüseynin (ə) anası Xanım Fatimənin (s.ə) mövludunu qeyd edirlər. Bu münasibətlə də hamını təbrik edirəm.

O bildirib: "Fatimə (s.ə) əzəmət və dərəcədə elə bir uca zirvəyə çatıb ki, atası Rəsulullah (s) onun haqqında buyurub: Həqiqətən, Allah Fatimənin razılığına razı olur və qəzəbinə qəzəblənir."
Xatırladaq ki, Qarabağlar kəndində açılan yeni məscidin adı Xanım Fatimənin (s.ə) adı ilə bağlıdır.
Gürcüstanda yeni məscidin açılışı olub

Gürcüstanda yeni məscidin açılışı olub
Oxşar xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930