Hacı Şahinin cinsiyyət dəyişdirilməsi haqda dedikləri, fətvanın əsli və qeydlər
Müəllif: Admin
Tarix: 6-05-2014, 22:47
Bölmə: Xəbərlər » Qafqaz
Hacı Şahinin cinsiyyət dəyişdirilməsi haqda dedikləri, fətvanın əsli və qeydlər
Bu gün bəzi KİV-də Hacı Şahin Həsənlinin fətva verməsilə bağlı xəbər yayılıb
Xəbərdə bəziləri ilahiyyatçı Hacı Şahin Həsənliyə qarşı təxribata əl ataraq, "Kişi cinsini dəyişə bilər" kimi təqdim ediblər.
İslamazeri.az məsələ ilə bağlı Hacı Şahin Həsənlidən münasibət alıb.
Hacı Şahin Həsənli özünün fətva vermək səlahiyyətində olmadığını bildirərək deyib: "Xəbərlərdə deyilir ki, Hacı Şahin fətva verdi. Yəni mən fətva vermək ixtiyarında deyiləm."
İlahiyyatçı bu əməliyyatların xonsa - gemofrodit (iki cinsiyyətli insanlar) və ruhi, fiziki və psixoloji baxımdan qadın olan kişi olduğu zənn edilən və ya ruhi, fiziki və psixoloji baxımdan kişi olan qadın olduğu zənn edilən qüsurlu insanlara aid olduğunu bildirərək deyib: "Yəni müəyyən xəstəliklə dünyaya gəlirlər və sonra onların orqanizmində dəyişikliklər olur. Onlar müəyyən qüsurlar yaşayırlar. Belə hallarda cinsi dəyişməklə bağlı şəriət alimlərinə müraciət olunur. Buna icazə verilir ya yox? Bir sıra alimlər mütəxəssis və həkim rəyi olduqda ona icazə verirlər. Təbii ki, burada fikir birmənalı deyil, fərqli yanaşmalar var. Həkimlərin bir insanda müəyyən anormallıq və qüsurun olmasını təsdiq etdiyi surətdə bir sıra alimlər buna icazə verirlər. Eyni zamanda bu məsələ həll olunur. Çünki bu tip insanlar nə kişi kimi, nə də qadın kimi yaşaya bilmirlər, həyatları alt-üst olur. Bunu da dəf etmək üçün bir sıra alimlərin fətvaları var. Bununla kimlərsə razılaşmaya da bilər, fərqli fikir də söyləyə bilər."

Bununla bağlı İslamazeri.az mərcəiyyətin fətvasını diqqətinizə çatdırır:

Sual: "Bəzi adamların zahirdə kişi olmalarına baxmayaraq, fiziki, ruhi və psixoloji baxımdan qadın xüsusiyyətlərinə malikdirlər, onlarda cinsi məsələlərə olan mеyllər tamamilə qadınlara uyğun şəkildədir. Əgər öz cinsiyyətlərini dəyişdirməsələr fəsada düşmə еhtimalı var. Onların cərrahiyyə əməliyyatı ilə müalicə еdilməsi caizdirmi?"

Cavab: "Onların cinsi həqiqətlərini aşkar еtmək məqsədi ilə yuxarıda qеyd olunan cərrahiyyə əməliyyatının aparılmasının işkalı yoxdur, bu şərtlə ki, bu, haram işə səbəb olmasın və öz ardınca fəsad gətirməsin."

Sual: "Xonsa (həm kişi, həm də qadın aləti olan) şəxsin qadına və ya kişiyə aid еdilməsi üçün cərrahiyyə əməliyyatı aparılmasının hökmü nədir?"

Cavab: "Bu işin öz-özlüyündə еybi yoxdur, lakin haram müqəddimələrdən çəkinmələri vacibdir".

(Ayətullah Seyid Əli Xameneinin fətvalarına əsasən)

Qeyd: Bəziləri bu cür fətvaların və ya açıqlamaların üzdənirəq özünü kişi edən qadın və ya özünü qadın edən kişilərə aid olduğunu təqdim etmək istəyirlər. Lakin sizə təqdim etdiyimiz fətvaya diqqət etdikdə "əməliyyatının aparılmasının işkalı yoxdur, bu şərtlə ki, bu, haram işə səbəb olmasın və öz ardınca fəsad gətirməsin" deyilir. Digər fətvada da, "Bu işin öz-özlüyündə еybi yoxdur, lakin haram müqəddimələrdən çəkinmələri vacibdir" - deyilir. Hacı Şahini hədəfə alaraq "ucuz şou" yaradan, xüsusilə vəhhabilərə bağlı olan portallara və həqiqətən bu şəri məsələnin həqiqətini anlamaq istəyənlərə cavabımız budur ki, bu məsələ adi insanlara aid deyil. Anadangəlmə hormonal problemləri olanlara aiddir.
Tibb də təsdiq edir ki, xonsa (gemofrodit) və bəzi qadın xüsusiyyətinə malik olan insanlarda kişilik orqanının olması kimi xəstəliklər vardır. Məhz bu fətvalar bu cür xəstə insanlara, yəni iki cinsiyyəti olan və normal insanlar kimi həyata qayıtmaq istəyənlərə, o cümlədən bütün orqanizmi qadın və ya kişi olan, lakin kişiyə və ya qadına aid aktiv olmayan bir - iki xüsusiyyətə malik olan xəstə, qüsurlu insanlara aiddir.
Oxşar xəbərlər
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031