Çətinliklərimizin düyününü necə açaq?
Müəllif: Admin
Tarix: 16-10-2014, 21:57
Müasir həyatda hər bir insan çox sayda çətinliklə üzləşir - istər cavanı olsun, istər qocası, istər evlisi olsun, istərsə də subayı. Evli insan bir qədər çətinliyə düşən kimi boşanmadan danışır. Və ya qoca insan çətinliklərə dözməyib, yataq xəstəsi olur. Hər gün bir pis xəbər hamının sorağına gələr. Ona görə də hər bir insan istəyər ki, bu çətinliklərin düyününü açmağı bacarsın. Bu yolda duaların və zikrlərin sorağına gedər və Məsumların (ə) qapısını döyər. (Tebyan)
İmam Səccad (ə) “Səhifeyi-Səccadiyə” kitabının 54-cü səhifəsində buyurur ki, nə zaman sizə qəm və qüssə hakim olsa, Allahı bu cür çağırın: “«یا فارِجَ الهَمِّ وَ کاشِفَ الغَمِّ، یا رَحمنَ الدُّنیا والاخِرَةِ وَ رَحیمَهُما، صَلِّ عَلی مُحَمَّدٍ و الِ مُحَمّدٍ وَ افرُج هَمّی وَاکشِف غَمّی یا واحِدُ یا اَحَدُ یا صَمَدُ یا مَن لَم یَلِد وَ لَم یوُلَد وَ لَم یَکُن لَهُ کُفُواً اَحَدٌ اِعصِمنی وَ طَهِّرنی وَ اِذهَب بِبَلِیَّتی.
Bundan sonra “Ayətül-kürsü”nü, “Fələq” , “Nas”, “Tövhid” surələrini oxuyub deyirsən: “Ey mənim Allahım! Mənim canımı o zaman al ki, imanda möhkəm olum, mənim bu dünya ilə bağlı köklərimi qopar, meylimi, rəğbətimi və ehtiyacımı o şey ki, Sənin yanındadır qərar ver. Allahım, meyl və ehtiyacımı o cür qərar ver ki, o cür ki, dostların Səndən istəyirlər. Mən də Səndən istəyirəm, o şeydən ki, qorxurlar, mən də qorxam”.
Allah Təala buyurur: “Rəbbiniz buyurdu: “Məni çağırın ki, Mən də duanızı qəbul edim””. (“Ğafir” 60). Ona görə də hər kim dua edər, Allahın məhbubu olar. Allah dua edən insana hacətini yerinə yetirəcəyini vədd etmişdir. Lakin bunun üçün bəzi şərtlər lazımdır. Bu şərtlər ibarətdir:
- Dua edən zaman diqqətli olmaq.
- Duanı davamlı olaraq istəmək və onun yerinə yetəcəyinə əmin olmaq.
- Yalvararaq dua etmək.
- Ağlayaraq dua etmək.
- Duadan əvvəl Allaha sitayiş edərək və Peyğəmbərə (s) salavat göndərərək.
- Tövbə etmək.
- Qəlb hüzuru əldə etmək.
- İtaətdə israrlı olmaq. Vacibatları yerinə yetirmək və haramları tərk etmək.
Çətinliklərimizdəki düyünləri açmaq istəyiriksə:
1. İmam Sadiq (ə) buyurur: “Nə zaman işlərin sənin üçün çətin olsa, günəş batan zaman 2 rükət namaz qıl, birinci rükətdə “Həmd” və “İxlas” və “Fəth” surəsinin ilk üç ayəsini oxu, ikinci rükətdə “Həmd”, “İxlas”, “Şərh” surəsini oxu”. Bu namaz təcrübə olunmuşdur.
2. İmam Sadiq (ə) buyurur: “Dünya və axirət hacətinin yerinə yetməsi üçün de: اللهم اعنی علی هول یوم القیامة و اخرجنی من الدنیا سالماً و زوجنی من الحور العین و اكفنی مونتی و مونة عیالی و مونة ‌الناس و ادخلنی برحمتك فی عبادك الصّالحین.»

/Deyerler.org/
Oxşar xəbərlər
«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930