İmam Baqir (ə) buyurur...
Mьəllif: admin1
Tarix: 2-10-2014, 20:21
İmam Baqir (ə) buyurur...

Bu gün İmam Baqirin (ə) şəhadəti günüdür

"Əhli-Beyt" internet qəzeti "Deyerler" saytına istinadən sizə həzrətin buyurduqlarından seçmələr təqdim edir:

İmam Baqir (ə) buyurur:

“Başqalarının haqqında öz haqqınızda deyilməsini xoşladığınız sözləri danışın.”

“Yaxşı sözü hər kəsdən, hətta ona əməl etməsə də, öyrənin”‎

“Hər kəs gözünü camaatdan saxlasa, Allah-taala da Qiyamət günü əzabını ondan saxlayar”

“Öz düşməninlə mübarizə etdiyin kimi, nəfsinin istəkləri ilə də mübarizə et!”

“Tövbə üçün günah əməldən peşman olmaq kafidir.”

“Qardaşının qəlbi dostluğunu özünün ona qarşı olan qəlbi dostluğunun səviyyəsindən başa düş”

“Hər bir mömin namazlarına diqqətli olsa və onları öz vaxtında qılsa, qafil insanlardan sayılmaz”

“Dünyada edilən zülm – elə axirətdəki zülmətlər, qaranlıqlardır”

"Qiyamət günü üç gözdən başqa bütün gözlər ağlar olacaqdır: Allah yolunda yuxusuz qalan göz, Allahın qorxusundan yaş axıdan göz və Allahın haram buyurduğu şeylər qarşısında yumulan (haram mənzərələrə baxmayan) göz"

"Yaxşı və pis işlər cümə günü (əməl dəftərində) iki qat artırılar"

"Biz (Əhli-beyt) Allahın elminin xəzinədarları, Allah vəhyinin tərcümanlarıyıq (bəyan edib açıqlayanlarıyıq)"

"Peyğəmbər (səlləllahu əleyhi və alih)-in (haqq) canişinlərindən başqa heç kim iddia edib deyə bilməz ki, bütünlükdə Qur`ana – istər onun zahirinə, istərsə də batininə alimdir"

“Allaha zikr etməklə məşğul olan mömin şəxs durduğu, oturduğu və uzandığı halda olsa da belə, daim namaz halındadır.”

/Deyerler.Org /
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031