Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » İmam Baqir (ə) Peyğəmbər (s) sünnətini diriltmişdir

İmam Baqir (ə) Peyğəmbər (s) sünnətini diriltmişdir

İmam Baqir (ə) Peyğəmbər (s) sünnətini diriltmişdir

Həzrət Peyğəmbərin (s) dünyasını dəyişməsindən sonra ümmətdə baş verən proseslər çox sayda fikri və dini çətinliklərə səbəb olmuşdur. Hər bir məsum İmam (ə) bu çətinlikləri həll etməyə səy edirdi. İmam Səccad (ə) bu çətinlikləri həll etmək üçün dua və münacata üz tutur. Həzrət (ə) birbaşa dərs verə bilmədiyi üçün bu yolla insanların fikri və əqidəvi problemlərini həll etməyə çalışırdı. (Tebyan)
Dördüncü İmamın (ə) şəhadətindən sonra İslam cəmiyyətində fikri və əqidəvi çətinliklərin həddi artıq çox artmışdı. Başqa bir tərəfdən isə birinci və ikinci xəlifənin əmri ilə məhv edilən hədislər fiqh elmində böyük itkiyə səbəb olmuşdur. Çünki fiqh elmi Peyğəmbərdən (s) nəql edilən hədislərə əsaslanırdı.
Lakin İmam Baqirin (ə) dövründə Kərbəla hadisəsindən sonra siyasi gərginliyin sakitləşməsi, İbn Zübeyrin məğlub olub aradan getməsi çarəsiz çox sayda alimi siyasi səhnədən uzaqlaşdırdı. Hədis elminə meyl etdilər.
Bu dövrdə İmam Baqir (ə) hiss edir ki, Əhli-beytin (ə) fiqhi nəzəriyyələrinin bəyan edilməsinin vaxtı gəlib çatmışdır. Çünki yanlış hədislərin qarşısını ancaq bu cür almaq olardı.
O dövrdə əgər fiqh elminə nəzər salsaq görərik ki, çox kiçik məsələlərlə məhdud idi. Lakin İmam Baqir (ə) bu yolda mühüm addım atır və böyük bir inliqab edir.
İmam Baqir (ə) və İmam Sadiq (ə) Əhli-beyt (ə) məktəbinin nümayəndələri kimi məktəb açdılar. Həmin məktəbdə çox sayda şagirdə dərs verməyə başladılar. Bu şagirdlər də İslam elminin və maarifinin incəliklərini öyrəndilər.
İmam Baqir (ə) fiqh, təfsir və hədis elmi sayəsində görkəmli şagirdlər tərbiyə etdi. Muhəmməd ibni Müslim, Zərarə ibni Əyin, Əbu Bəsir, Cabir ibni Yazid, Həmran ibni Əyin, Həşam ibni Salim kimi görkəmli alimlər və şəxsiyyətlər yetişdirdi.
İmam Baqirin (ə) açdığı məktəbdə 450-ə yaxın şagird tədris almışdır ki, onların arasında İmam Sadiqin (ə), Hüseyn ibni Əli ibni Hüseynin (ə), Ömər ibni Əli ibni Hüseynin, Zeyd ibni Əli ibni Hüseynin - yəni İmam Baqirin (ə) qardaşlarının da adına rast gəlmək olur.
İmam Baqirin (ə) şagirdləri ancaq Əhli-beyt (ə) davamçıları deyildir. İmamın (ə) şagirdləri içərisində əhli-təsənnün şagirdləri də var idi.
İmam Baqirlə (ə) İmam Sadiqin (ə) şagirdlərinin sayını 6 min nəfər yazıblar. Təkcə Kufədə təxminən 900 nəfər hədis nəql edən İmamın (ə) tədrisindən keçmişdir.
İmam Baqirin (ə) tələbələri sonradan Suriyaya, Misirə, Avropa və Afrikaya da getmişdilər. Öyrəndiklərini orada təbliğ edir və nəşr etmişdilər. Əgər hal-hazırda həmin yerlədə İslamın izlərinə rast gəlmək olursa, bu, həmin dövrün təbliğindən qaynaqlanır.
Beləliklə deyə bilərik ki, İmam Baqir (ə) elə bir dövrdə elmi inqilab etdi ki, alimlərin çoxu saraya bağlı idi və yanlış təfəkkür və fikirləri ilə insanların həqiqət susuzluğunu aradan qaldıra bilmirdilər. İmam (ə) sonsuz elmi ilə onların yoluna çıraq oldu və qəflətdən ayıltdı. Yanlış yoldan döndərib, haqq yoluna tərəf hidayət etdi.

/Deyerler.org/
Müəllif: Admin | 2-10-2014, 20:10
Baxılıb: 412
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.