“Ey göz, səy et, çox ağla..."
Mьəllif: admin1
Tarix: 27-01-2024, 10:31
“Ey göz, səy et, çox ağla..."
Həzrət Zeynəb (s.ə) həyatının ən mühüm və əzəmətli dövrü İmam Hüseynin (ə) dövrünə, eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir.

Həzrət Zeynəbin (s.ə) təvəllüddən İmam Hüseynin (ə) hərəkatına qədərki həyatının tarixdə qeyd olunmasına baxmayaraq, bu dövrə aid olan bəzi nöqtələr qaranlıq qalmışdır.

Lakin onun həyatının son illəri, yəni İmam Hüseynlə (ə) birgə mübarizədən sonrakı dövr aydın surətdə qeyd olunmuş, özünə məxsus əzəmət və cəlalı ilə nəzərə çarpmışdır. Sanki, İmam Hüseynin (ə) qiyamını Zeynəbsiz (s.ə) və Zeynəbi (s.ə) qiyamsız təsəvvür etmək mümkün deyil.

Çünki, İmam Hüseyn (ə) qiyamının hər tərəfli təhlili üçün Zeynəbi (s.ə) öyrənmək lazımdır və əgər belə demək mümkünsə, Zeynəb (s.ə) Seyyidüş-şühəda hərəkatının canlı tarixi, ölməz natiqidir.

Zeynəb (s.ə) Kərbəla tarixi ilə hərəkətdədir və bu tarixin bütün hadisələrinin Zeynəblə (s.ə) sıx əlaqəsi vardır. Bu səbəbdən Zeynəbin (s.ə) həyat tarixini Kərbəlasız təsəvvür etmək mümkün deyil.

İmam Hüseynin (ə) İraqa tərəf hərəkəti yolunda tarixin Zeynəblə (s.ə) bağlı nəql etdiyi ilk macəra "Xüzeyriyyə" adlı bir mənzilə aiddir. İmam (ə) bir gecə və gündüz burada qaldı.

Bir səhər Zeynəb (s.ə) İmamın (ə) xidmətinə yetişib dedi: «Qardaşım, dünən eşitdiyim bir sözü sənə söyləyimmi?»

İmam (ə) buyurdu: «nə söz?» Zeynəb (s.ə) dedi: Dünən gecə xeymədən çıxdım.

Eşitdim ki, qeybdən səda gəlir və deyir: "Ey göz, səy et, çox ağla! Kimdir ki, gələcəkdə şəhidlərə, ölümün izlədiyi kəslərə, əhdinə vəfa edənlərə ağlasın?"

İmam (ə) bu sözləri eşidib buyurdu: "Bacı, Allahın hökm verdiyi və öz qəzasında yazdığı olacaqdır."

Bu hadisə həzrət Zeynəbin (s.ə) öz qardaşı ilə sirdaş və həmdəm olduğunu göstərir. İmam Rza (ə) buyurur: "Cəddim Hüseyn ölən zaman səmadan qan və qırmızı torpaq yağdı." Əcəba! Bu nə müsibətdir ki, yer və göyləri, cin və mələkləri, aləmin bütün mövcudatını matəmə qərq etdi!

Zeynəbin (s.ə) böyük qəlbi isə əzəmət və təntənə ilə bu müsibətlərə tamaşa edir və öz təmkini ilə hamını heyrətə salır. Bəli, Zeynəb (s.ə) ruhu kimi əzəmət və cəlallı bir ruh, Zeynəb (s.ə) qədəmləri kimi möhkəm qədəm, Zeynəb (s.ə) qəlbi kimi böyük qəlb və Zeynəb (s.ə) ürəyi kimi geniş ürək lazımdır ki, bütün bu müsibətli yolları qət edib axıracan hərəkət etsin.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930