İran Ukrayna böhranına münasibət bildirdi
Mьəllif: Admin
Tarix: 24-02-2022, 17:00
Bцlmə: Xəbərlər
İran Ukrayna böhranına münasibət bildirdi

Bu barədə İran XİN başçısı Hüseyn Əmir Abdullahiyan bəyan edib.

“Ukrayna böhranı NATO təxribatlarına əsaslanır“, – deyə o qeyd edib.

İranlı nazir bildirib ki, rəsmi Tehran hərbi əməliyyatları çıxış yolu hesab etmir.

O deyib ki, döyüşləri dayandırmaq və diqqəti siyasi və demokratik həllin üzərində cəmləmək lazımdır.

Bundan başqa, İran XİN rəmisi Səid Xətibazdə deyib ki, “İran Ukrayna hadisələri ilə bağlı məsələləri diqqətlə izləyir“.

“İran İslam Respublikası bütün tərəfləri səbir-təmkin göstərməyə çağırır və hesab edir ki, gərginliyin eskalasiyasına gətirib çıxara biləcək istənilən addımlardan çəkinmək lazımdır“, – deyə o qeyd edib.

Həmçinin Xətibzadə bütün tərəfləri münaqişənin dialoq yolu ilə dinc həllin üzərində işləməyə səsləyib, hadisələrinin bu cür gedişatının səbəbkarı qismində isə NATO-nu göstərib.
(Az.shafaqna.com)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930