Braziliyalı xristian həkim İslam dinini qəbul etdi
Mьəllif: Admin
Tarix: 18-10-2021, 22:05
Bцlmə: Xəbərlər
Braziliyalı xristian həkim İslam dinini qəbul etdi
Braziliyalı bir xristian həkim rəbiyəl-əvvəl ayının 9-u Cəmkəran Müqəddəs Məscidində İslam dinini qəbul edib.

Deyerler.org Jamkaran-a istinadən xəbər verir ki, sözügedən xristian xanım İranın Qum şəhərində Zəmanə Sahibinin (ə.f) şərəfinə ucaldılan Cəmkəran müqəddəs məscidinin beynəlxalq təbliğçisi və fəxri xidmətçisi höccətül-İslam Əli Həmidi və həyat yoldaşı ilə çoxdan tanış idi və onlara İslamla bağlı suallar verirdi. Uzun müddət İslamı, şiə və sünni məzhəblərini araşdırmış və bu cütlüyü sayəsində öyrəndiyi məlumatları tamamlamağa çalışırdı.

İslam dinini yeni qəbul etmiş xanımın həyat yoldaşı da braziliyalıdır və Əl-Zəhra cəmiyyətində təhsil alır. Bu evlilik və xarici dil bilikləri sayəsində sözügedən tələbə müxtəlif ölkələrə çoxlu təbliğat səfərləri edib.

Braziliyalı xristian həkim Zəmanə Sahibinin (ə.f) imamlığa başlamasının ildönümündə Cəmkəran Müqəddəs Məscidində olarkən video zəng üzərindən kəlimeyi şəhadət gətirərək, Cəfəri fiqh elmi əsasındab İslam dinini qəbul edib.





Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930