Yəmən ordusu vurduğu ABŞ PUA-sının qalıqlarını paylaşdı
Mьəllif: Admin
Tarix: 30-09-2021, 11:54
Bцlmə: Xəbərlər
Yəmən ordusu vurduğu ABŞ PUA-sının qalıqlarını paylaşdı
Bu gün Əl-Aləm Əl-Hərbi Əl-Yəməni şəbəkəsi Yəmən ordusu və inqilabi xalq komitələri (Ənsarullah) qüvvələrinin sentyabrın 27-si Məarib şəhərində vurduğu ABŞ-ın kəşfiyyat PUA-sının qalıqlarını nümayiş edib.

Deyerler.org xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii sentyabrın 27-si verdiyi açıqlamasında ABŞ-ın vurulan kəşfiyyat təyyarəsinin Scan Eagle tipli olduğunu bildirmişdi.

“Hava hücumundan müdafiə sistemlərimiz Məarib vilayətinin Madğal mahalının hava məkanında düşmənçilik fəaliyyətləri həyata keçirən ABŞ-ın bir kəşfiyyat təyyarəsini (Scan Eagle) uyğun bir silahla vurmağı bacardı”, - deyə o, bildirmişdi.

Scan Eagle 11,25 milyon dollar qiymətindədir. Hədəfləri havadan avtomatik tapan PUA-dır. Bu kəşfiyyat təyyarəsi normal ordulardakı PUA ilə müqayisədə kiçikdir, bu da uçuşunu asanlaşdırır. PUA elektro optik müşahidə kamerası və infraqırmızı kameralarla təchiz edilmişdir.

Bu tip dronlar ABŞ-ın İraqa qarşı müharibəsi zamanı ortaya çıxıb və burada İraq əraziləri üzərində 1000-dən çox döyüş təşkil edilib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930